Bu gün:

Matriarxal sistemlə idarə olunan yunan kəndi


Yunanıstanın Kerpe adası uzun illərdir ki, matriarxal quruluşunu qoruyub saxlayır. Kənddə həyatın təyinedicisi olaraq qadınlar dini mərasimlərdə, ailə quruluşunda və hətta biznesdə dominant rola malikdir.

Yunanıstanın Kerpe adası gözəlliyinə əlavə olaraq qədim bir sistemlə idarə olunur: matriarxat. Ümumiyyətlə, patriarxatın mövcud olduğu dünyada matriarxal cəmiyyət olduqca nadirdir.

Sakit bir kənd olan Olimp iki dağ arasında uzanır. Geoloji mövqeyinə görə hücumlara qarşı yaxşı qorunan kənd bayram boyu çoxlu qaçqına ev sahibliyi edib. Əslində 1980-ci illərə qədər kəndə getmək demək olar ki, mümkün deyildi.

Kənddə bütün mətbəxləri qadınlar idarə edir. Təkcə evlərində deyil, ictimai restoranlarda da. Bundan əlavə, qadınlar dini mərasimlərdə ənənəvi paltar geyindiyi halda, kişilər gündəlik geyimləri ilə mərasimlərdə iştirak edə bilərlər.

Qadınlar sanki ailənin təməl daşıdır. Ailənin dolanışığı, adət-ənənələrin ötürülməsi bütünlüklə qadınların üzərinə düşür.

Kənddə ana vəfat edəndən sonra onun mirası böyük qızına keçir. Bu, Bizans dövründən qalma bir ənənədir və sistem hələ də bu şəkildə qorunur.

Dünyanın qalan ölkələrində qadınların evləndiyi təqdirdə ərlərinin yanına köçməsi daha çox müşahidə olunduğu halda, kənddə vəziyyət əksinədir. Evlilik halında kişilər qadınların yanına köçürlər.

Kənd qadınları bir-birlərinə ərlərinin adları ilə deyil, qızlıq adları ilə müraciət edirlər. Kənddəki bu matriarxal quruluş bir vaxtlar bütün kişilərin müharibəyə getməsi və kəndin tərkibinə daxil olması məcburi şərtlərə görə yaranmışdır.

Mənbə: CNN, RFI

Tərcümə etdi: Aytən Nazim 

Paylaş
Şərh əlavə et