Bu gün:

Yaddaşınızı yüksəldən ədviyyat


Türk mətbəxində tez-tez istifadə etdiyimiz bəzi ədviyyatlar faydalı sağlamlıq xüsusiyyətləri ilə tanınır.

Güclü yaddaş çox vaxt genetika ilə əlaqəli olsa da, pəhrizimiz və ətraf mühit faktorları da zəkanın mühüm təyinediciləridir.

Tədqiqatlar göstərir ki, düzgün ədviyyatlardan istifadə qidadan aldığımız faydalı qidaları artırır, sağlam qidaların müntəzəm istehlakı isə yaddaşı və zəkanı davamlı şəkildə artırır.

Bu gün artan texnologiya ilə insanlar sadə gündəlik işlərdə belə xatirələrini istifadə etməkdən çəkinirlər. Smartfonlarda saxlanılan fəaliyyətlər intellektin və yaddaşın zəifləməsinə səbəb olsa da, gizli yaddaş potensialınızı açmaq üçün zərdəçaldan istifadə edə bilərsiniz.

Unutqanlıqla mübarizə aparmaq üçün ilk addım qızardılmış qidalardan uzaq durmaqdır. Beyinə mənfi təsir edən işlənmiş və dondurulmuş qidalardan qaçınmaq da vacibdir.

Keçən il Tayvanda aparılan hərtərəfli araşdırma göstərdi ki, səhər yeməyində bir qram zerdeçal istehlak etmək diabetin erkən mərhələlərində və idrak qabiliyyətinin zəifləmə riski olan şəxslərin yaddaşını yaxşılaşdırır. Diabet diaqnozu qoyulmuş 60 yaşdan yuxarı kişi və qadınların iştirak etdiyi araşdırmada elm adamları zerdeçalın yaddaşa təsirini araşdırıblar. 


Mənbə: Sözcü

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et