Əmək və Sosial Müdafiə Naziri Vedat Işıkhan bildirib ki, Sosial Müdafiə Təşkilatının qərarı ilə daha 12 adda yerli istehsal dərman geri ödəmə siyahısına daxil edilib.

Yeni qərara əsasən siyahıya 4 antihipertenziv, 2 antirevmatik, 1 antibiotik, 1 ağrıkəsici, 1 amin turşusu törəməsi, 1 antiviral, 1 mədə qoruyucu və 1 elektrolit zərdabı əlavə olunub. Nazir qeyd edib ki, bu dəyişiklik xəstələrin dərmanlara çıxışını asanlaşdıracaq.
Mənbə: TRT XƏBƏR
Tərcümə etdi: Səmayə Səftərova
