Bu gün:

Dünya ölkələrində maraqlı toy adətləri


Hələ kiçik yaşlardan bizə ailənin bir cəmiyyət olduğu öyrədilir. Bu cəmiyyətin bina olması üçün də ilk addım evlilikdən başlayır. Dünyanın müxtəlif yerlərində bu mərasimə yanaşma da fərqlidir. Kimiləri onu birliyin sağlam əsası hesab edərkən bəziləri evliliyin gərəksizliyinə inanır. Amma hər halda dünyanın bütün ölkələrində evlilik ailə qurmanın əsas hadisələrindən biri kimi qəbul edilib. Bu mərasim ayrı-ayrı ölkələrdə də müxtəlif şəkillərdə həyata keçirilir. İstəyimiz də elə bəzi dünya ölkələrindəki özünəməxsus ənənələrə sahib olan evlilik mərasimi və bir sıra toy adətləri ilə sizləri tanış etməkdir.

1. Fransa

Fransada evli cütlüklərin toy mərasimlərinə gedərkən bəy evindən gəlini götürür və piyada kilsəyə gedirlər. Azyaşlı uşaqlar əllərində ağ lentlə onu yolda saxlayır və cütlük lenti kəsərək yollarına davam edirlər. Bu adət onların qarşısına çıxan hər bir maneəni dəf edəcəkləri deməkdir. Evlənəcək cütlüklərin toy mərasimlərində qonaqlar öz güllərini gətirirlər.

2. İsveç

İsveçdə toy yerinə gələn qadınların qırmızı paltar geyinməsi xoş qarşılanmır. Qırmızı rəngdə olan qadının kürəkənlə əvvəllər də münasibətdə olduğunu iddia edir. 

3. Polşa

Polşada evlənəcək cütlüklər "R" hərfi olan ayda evlənməyə üstünlük verir, çünki bu aylarda evlənən cütlüklərin daha xoşbəxt olacağını düşünürlər. Polşada toylar üçün rəqqaslar əvəzolunmazdır. Toyun ortasında gəlini rəqqas kimi rəqs etdirirlər.

4. Almaniya

Almaniyada gəlinlər başlarına gəlin tacı əvəzinə daş-qaş və çiçəklərlə bəzədilmiş tac taxırlar. Toyun sonunda mişarla kündəyi kəsirlər. Bu, onların qarşılarına çıxan çətinliklərin öhdəsindən gələ biləcəklərini göstərir. Toyda qonaqlar cütlüyün üzərinə düyü dənələri atırlar ki, bu da məhsuldarlığı simvollaşdırır. Gecənin sonunda qalan düyü dənələri qədər uşaqlarının olacağına inanılır. 

5. Şotlandiya

Toydan əvvəl gəlinin qohumları yumurta, tomat pastası kimi yeməkləri qarışdıraraq gəlinin üzərinə tökürlər. Bu qarışımla başdan ayağa örtülmüş gəlini hamının görməsi üçün şəhərdə gəzdirirlər. Bu ənənənin məqsədi onu evlilikdə yaşaya biləcəyi bütün çətin və pis şərtlərə hazırlamaqdır. 

6. Afrika

Cənubi Afrikanın bir çox yerində evlənmək üçün oğlan tərəfinin qız tərəfinə “lobolo” adlanan pul verilməlidir. Hesab olunur ki, bu pul ailələri yaxınlaşdırır və qarşılıqlı hörmət yaradır. Afrikanın bəzi yerlərində kişinin ailəsi qızı istədikdən sonra ailənin istəyi ilə pul və fıstıq verir. Gəlin fıstığı bəylə paylaşarkən cütlüyün birləşməsinə kömək edən vasitəçiyə də bir tikə verilir. Bu, qonşulara, qohumlara toy dəvəti deməkdir. 

7. Çin

Çində gəlin götürməyə gedən bəyin qarşısını kəsərək “qapı oyunu” oynayırlar. Bəylə gəlin “çay mərasimi” üçün bəy evinə gedirlər. Gəlin evdən çıxarkən rəfiqəsi başının üstündə qırmızı çətir tutur və qohumları ora düyü atırlar. Hesab olunur ki, çətir pislikdən qoruyur, düyü isə bolluq verir. Toyda cütlük 3 dəfə diz çökür, göy, yer, ataları və valideynləri üçün. Sonra bir-birinə diz çökürlər və gəlin yaş sırasına görə qonaqlara çay təklif edir. Çayı alan şəxs müxtəlif hədiyyələr verir. 

8. Bolqarıstan

Bolqarıstanda oğlan ən yaxın dostu və xoşbəxtlik, sağlamlıq, zənginliyi təmsil edən "rakia" adlı xüsusi ev viskisi və "zdravet" adlı çiçəklə birlikdə qızı istəməyə gedir. Atasına kiçik hədiyyələr gətirir, atası isə özünün evin başçısı olduğunu düşünərək içki təklif edir. Əgər ata bəyi bəyənirsə, qızdan 3 dəfə evlənməyə hazır olub-olmadığını soruşur. Cavab müsbət olarsa, o, kişinin ailəsinə hədiyyələr göndərir. Toydan əvvəl cümə axşamı günü xüsusi çörək hazırlanır. 

9. Türkmənistan

Türkmənistanda 3 gün davam edən toyların birinci günü “yalan çəlpək”, ikinci günü isə “çın çəlpek” adlanır. Toy vaxtı evdə toplaşan qadınlar çəlpək deyilən xəmiri yuvarlayıb sac üzərində qızardırlar. Türkmən gəlinlərinin toylarda geyindikləri və taxdıqları qızıllarla birlikdə demək olar ki, öz çəkilərinə bərabərdir. Təkcə zinət əşyalarının çəkisi 36 kiloya çatdığı halda, naxışlı gəlinlik və “Kürte” adlanan digər əşyalarla birlikdə 40 kiloya çatır.

10. İngiltərə

İngiltərədə nikah mərasimindən əvvəl bəyin dostları onun gözlərini bağlayaraq şəhər kənarında bir yerə aparıb orada qoyurlar. O isə bəy geyimində və pulu olmadan nikahın baş tutacağı kilsəyə gedib çıxa bilməlidir. 

Mənbə: Neoldu

Tərcümə etdi: Lumu Zülfüqarova 



Paylaş
Şərh əlavə et