Bu gün:

Radionun icadı nə vaxt və kim tərəfindən olub?


Radionu kim icad edib?

Radio 1895-ci ildə italyan ixtiraçı Quglielmo Markoni tərəfindən icad edilmişdir. Bir gəmidən sahilə göndərilən 3 S hərfi ilə yer üzündə ilk dəfə radio dalğaları yayıldı. 1896-cı ildə patentləşdirilmiş radio bəşər tarixinin ən mühüm ixtiralarından biri hesab olunur. Həmçinin, Guglielmo Marcon,bu ixtirasına görə 1909-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.

1895-ci ildə radionu icad edən və simsiz teleqrafla radio dalğalarını təxminən 3 km uzaqlığa ötürməyi bacaran Quglielmo Markoni,İngiltərədə bu ixtiranın patenti üçün müraciət etdi və patent müraciəti 1986-cı ildə qəbul edildi. Bu ixtira ilə Markoninin qurduğu şirkət birjada əhəmiyyətli bir qrafika çəkdi və Guglielmo Marconi İngiltərədə italyan aristokratı kimi məşhurlaşdı.

Radio necə icad edilmişdir?

1865-ci ildə şotland fizik Ceyms Maksvell, elektron radio dalğalarının mövcud olduğunu və bu dalğaların işıq kimi kosmosda yayılmalı olduğunu proqnozlaşdırdı. Bu nəzəriyyə üzərində Alman fiziki Heinrich Hertz də 1888-ci ildə bu dalğaların varlığını ortaya qoydu. 1865 və 1888-ci illərdə irəli sürülən bu rəsm radionun ixtirasına öncülük etdi.

Bu inkişaflar fizika sahəsində baş verərkən ABŞ-da elmi araşdırmalar aparan Nikola Tesla,ixtira etdiyi rulonlarla radio siqnallarını uzun məsafələrə ötürə bildiyini kəşf etdi. Tesla,1895-ci ildə bu fikri həyata keçirdi və Nyu Yorkdakı laboratoriyasından 80 kilometr aralıda radio siqnalları göndərməyə müvəffəq oldu, lakin bu ixtiranı patentləşdirmədi.

Radionun bu gün xəbərləşmə  vasitəsinə çevrilməsi Amerika Birləşmiş Ştatlarında baş verdi. 1906-cı ildə Reginald Fessenden səsin ötürülməsi ilə bağlı bir sıra təcrübələr apardı. Həmin il Amerikadan Vest-Hind adalarına musiqi verilişi çatdırıldı.

Mənbə: Habertürk

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et