Bu gün:

"Növbə problemi ailə həkiminə marağı azaldır"-Müsahibə


24Media.az saytının budəfəki qonağı Sumqayıt Tibb Mərkəzi PHŞ 2 saylı Ailə Sağlamlıq Mərkəzinin Baş həkimi Zemfira Sanıyevadır. O, ailə həkiminin əhəmiyyətindən danışıb.

"Ailə həkimi ilkin xəstəliklərin aşkarlanmasında çox böyük rol oynayır. TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) yaranmasından əvvəl, yəni sağlamlıq mərkəzləri olmazdan əvvəl ailə həkimləri sadəcə sahə həkimləri idi. Amma bu gün ailə həkimi ilkin səhiyyə xidmətinin əsas qolu olaraq gec olmadan xəstəlikləri aşkarlayır. Bununla da ölüm faizini aşağı salır, xəstəliklərin daha tez müalicəyə tabe edilməsini təmin edir".

Müsahibimiz bu anlayışın cəmiyyətimizə yaxşı tanış olmaması haqda da fikirlərini dilə gətirib.

"Əslində, son dövrlərdə sağlamlıq mərkəzlərinə gələnlərin sayı da çoxalıb. Belə ki, xəstə gəlib ailə həkimi üçün növbə götürür. Ailə həkimi də xəstəni ixtisas həkimlərinə, elektrokardioqramaya, laborator müayinələrə yönləndirir. 

Ancaq bəzən növbələrə görə vətəndaşlar ailə həkimlərinə üstünlük vermirlər. Bu sistemin insanlara yad olmasının əsas səbəbini mən növbə mədəniyyətinə tam riayət olunmamasında görürəm".

Lalə Hüseynova

Paylaş
Şərh əlavə et