Bu gün:

Yayın gizli təhlükəsi olan bel-boyun ağrıları nədən yaranır?


Yay aylarının gəlişi ilə düzəlmiş havalar və azalan fiziki fəaliyyət bir çox insanda əzələ-sümük ağrılarını artırır.

Fiziki Müalicə və Reabilitasiya Mütəxəssisi Dr. Kasım Osmanoğlu, xüsusilə kondisioner altında uzun müddət qalmağın, masa arxasında işləməyin və avtomobil sürməyin bel və boyun ağrılarına səbəb ola biləcəyini bildirib.

Dr. Osmanoğlu vurğulayıb ki, yayda istilik dalğaları, yüksək rütubət və kondisionerdən nəzarətsiz istifadə fiziki şikayətləri artırır. Onun sözlərinə görə, bu dövrdə dayaq-hərəkət sisteminin zədələnməməsi üçün düzgün vərdişlər formalaşdırmaq və bədənə diqqət yetirmək vacibdir.

Mütəxəssis sağlam yay keçirmək üçün sadə, lakin təsirli tədbirlər görməyi tövsiyə edib: düzgün oturuş forması, fasilələrlə hərəkət, kondisionerdən düzgün istifadə və müntəzəm fiziki aktivlik.

Mənbə: CNN 

Tərcümə etdi: Asiman Vəliyeva 

Paylaş
Şərh əlavə et