Bu gün:

Andy Warhol kimdir?


Kütləvi istehsal olunan obyektlərin tez-tez istifadə edildiyi bir sənət növündən istifadə edir və rəsmlərini poster texnikası ilə reproduksiya edirdi. Bu radikalizm əslində bir reaksiyadır və dövrün ictimai hadisələri ilə həmahəngdir.

Pittsburqda çexoslovak ailəsində anadan olan Andy Warhol incəsənət tarixini öyrənib,Vogue və Harper's Bazaar üçün illüstrator kimi işləmək üçün Nyu Yorka gedib.

O, 1960-cı illərdə Campbell's şorbası və Coca-Cola kimi markalarla işləməsi və ipək çap texnikasından istifadə edərək onların şəkillərini çoxaltması ilə tanınıb. Andy Warhol "The Factory" adlı studiyasında kino ulduzlarının və Merilin Monro və Elvis kimi məşhur insanların portretlərini çəkərək bir üslub yaratdı. O, həmçinin bədii filmlər çəkir, kitablar nəşr edir, gənc rəssamları və musiqiçiləri həvəsləndirirdi.


Mənbə: Artkolik

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et