Bu gün:

“Şair və yazıçı olaraq Azərbaycandakı müəllifləri izləyirəm“


24media.az-ın "1 sual və 1 cavab" rubrikasının budəfəki qonağı Türkiyə yazıçısı Sinan Yağmurdur. O, festivalda iştirak etdiyi II Türk Dünyası Ədəbiyyatı və Azərbaycan ədəbiyyatına və yazıçılarına olan münasibətindən danışıb.

-Azərbaycan ədəbiyyatı və yazıçılarına olan münasibətiniz necədir, kimləri tanıyırsınız?

-Azərbaycan ədəbiyyatını illərdir izləyirəm. Dünyadakı ədəbiyyatın beşiyi, ümmanı kimi Azərbaycan ədəbiyyatını görürəm. Bu ədəbiyyat olmasa idi, İran, Türk və Divan ədəbiyyatı da olmazdı. Məhz bu səbəbdən, şair və yazıçı olaraq Azərbaycandakı müəllifləri izləyirəm, kitablarını oxuyuram; Bəxtiyar Vahabzadədən Rəşad Məcidə, Xəlil Rza Ulutürkdən Anar Rzayevə qədər. Hətta bu festivalın keçirildiyi parkın adını daşıdığı Hüseyn Cavidi belə sevərək oxuyuram. Yazdığım kitablarda da Azərbaycan şairlərinin, yazıçılarının fikirlərindən, gözəl ədəbi sözlərindən də istifadə edirəm, onlardan ilham alıram.

24media.az qeyd edir ki, Sinan Yağmur türk təsəvvüf və məhəbbət yazıçısı kimi tanınır. Eyni zamanda, mövlanə ədəbiyyatında uğur əldə etmiş yazıçı Türkiyədə Naciye Mumcuoğlu adına liseydə "Din mədəniyyəti və Əxlaq bilgisi" dərsini tədris edir. Bu günə qədər isə 40-a yaxın əsərləri var.

Xədicə Qiyas

Paylaş
Şərh əlavə et