Bu gün:

Qaraciyər yağlanmasına qarşı ən təsirli 7 qida


Hərəkətsiz həyat tərzi, emal olunmuş qidaların çoxluğu və nizamsız qidalanma vərdişləri bu gün qaraciyər yağlanmasının (hepatosteatoz) yayılmasına səbəb olur. Bu vəziyyət müalicə olunmadıqda qaraciyər funksiyalarını pozaraq ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xoşbəxtlikdən, qaraciyəri dəstəkləyən bir çox təbii qida bu prosesi tərsinə çevirməkdə mühüm rol oynaya bilər.

1. Limon və digər sitrus meyvələri

Limon, portağal və qreyfrut kimi C vitamini ilə zəngin sitrus meyvələri qaraciyərin toksinləri parçalama prosesinə kömək edir. Tərkibindəki antioksidantlar və flavonoidlər qaraciyər hüceyrələrini sərbəst radikal zədələnməsindən qoruyur.

2. Brokkoli və turp kimililər

Brokkoli, kələm, gül kələm kimi tərəvəzlər “qlukozinolat” adlanan maddələr ehtiva edir. Bu birləşmələr qaraciyərdəki detoks fermentlərinin istehsalını stimullaşdıraraq yağ toplanmasını azaldır.

3. Yaşıl çay

Yaşıl çayın tərkibindəki “katexin” adlı antioksidantlar qaraciyərdə yağ toplanmasının qarşısını alır və iltihabı azaldır. Gündə 1–2 fincan şəkərsiz yaşıl çay qaraciyər sağlamlığına faydalı ola bilər.

4. Zeytun yağı

Sağlam yağlar sırasında yer alan sızma zeytun yağı iltihab əleyhinə təsiri ilə qaraciyərdə yağlanmanı azalda bilər. Eyni zamanda, insulinə qarşı həssaslığı artıraraq qaraciyər funksiyalarını dəstəkləyir.

5. Sarımsaq

Təbii antibiotik hesab olunan sarımsaq, tərkibindəki “allisin” birləşməsi sayəsində qaraciyərdəki toksinlərin təmizlənməsinə yardım edir. Həmçinin xolesterin və triqliserid səviyyəsini aşağı salaraq yağlanmanın qarşısını alır.

6. Qaragilə 

Antioksidant olan “antosiyanin”lərlə zəngin qaragilə qaraciyər hüceyrələrini oksidativ stressdən qoruyur və onların yenilənməsinə kömək edir.

7. Ənginar

Qaraciyər dostu bitkilərdən olan ənginar tərkibində sinarin və silimarin maddələrini daşıyır. Bu maddələr qaraciyərin öd istehsalını artıraraq yağların həzmini asanlaşdırır.

Mənbə: Cümhuriyyət

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et