Dünyadakı bir çox sənətkar bir az axmaq ola bilər. Bəzilərinin qəribə vəsvəsələri, bəzilərinin psixoloji problemləri sənətdə öz əksini tapır. Dünya şöhrətli sənətçilərin qəribə vərdişləri...

Van Qoqun ölüm sirri
Yaşadığı müddətdə lazımınca qiymətləndirilməyən Vinsent Van Qoq ruhi xəstəliklə mübarizə aparırdı. Onun özünə atəş açaraq intihar etdiyi düşünülsə də, polis bunun açıq-aşkar intihar olduğuna dair heç bir dəlil tapmayıb. Bu, müəmmalı bir ölüm kimi təsvir edilib. Bunun qətl, intihar və ya qəza olduğuna dair çox az dəlil var idi. Onun intihar etdiyini iddia edənlər polislər deyil, həkimi və dostu Qaçet olub.
Van Qoq 37 yaşında olanda 16 yaşlı iki qızla dost idi və onlar hər gün görüşürdülər. Qızlardan biri zaman keçdikcə Van Qoqa sataşmağa başladı. Qəhvəsinə duz qatardı, boyalarına acı bibər tökərdi. Rene adlı bu qızın həmişə yanında silah gəzdirdiyi bilinirdi. Lakin o, Van Qoqun ölümündən dərhal sonra bu silahı özü ilə aparmağı dayandırdı. Renenin onu öldürdüyü və Van Qoqun əslində intihar etmək qabiliyyətinin olmadığı iddiaları da var idi. Həqiqətin nə olduğu isə heç vaxt üzə çıxmadı.
Mikelancelo və qəzəb
Mikelancelonun qəzəbli və tez-tez sərxoş olması insanları narahat edirdi. Rəsmlərində ümumiyyətlə tünd tonlardan istifadə edən Mikelancelonun sənəti əslində onun daxili özünü əks etdirir. Romada yaşayarkən o qədər çətinliyə düşdü ki, 10 dəfə mühakimə olundu. O, insanları qılıncla hədələməyi də xoşlayırdı. Bu fantaziyanı "Judith Beheading Holofernes"də də işlənmişdir.
O, polisə daş atdığına görə də həbs edilib. Onun 1606-cı ildə tennis matçında məğlub olduğu üçün Ranuccio Tomassoni adlı şəxsi öldürdüyünə dair iddialar var.

Salvador Dali və ölən qardaşı
Məşhur "Ərimə saatları" tablosu ilə tanınan Dalinin sürrealist sənət anlayışı var idi. Zaman anlayışı hamıdan fərqli idi, onun “Portret of Paul Eluard”da çəkdiyi adam elə bilirdi ki, Dalinin hələ tanış olmadığı gələcək həyat yoldaşının keçmiş əridir.
Dali bir yırtıcı Oselo ilə küçələrdə gəzirdi. O, Oselonu ev heyvanı kimi saxlayırdı. Heyvan ondan avtoqraf istəyən pərəstişkarlarından qələm oğurlaması ilə məşhurdur. Dalinin mərhum qardaşının adı da Salvadordur. Əslində o, ölənin böyük qardaşı olduğunu zənn edirdi, lakin ailəsi bunu ona 5 yaşında olarkən böyük qardaşının məzarı başında deyib.
Mənbə: Nutty History
Tərcümə etdi: Aytən Nazim
