Bu gün:

Duşdan sonra ən çox edilən səhv: Saç tökülməsinə səbəb olur


Harvard Universitetindən həkim Saurabh Sethi sosial media hesabındakı paylaşımında yaş saçla yatmağın ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Dr.Sethi, nəmli baş dərisinin göbələk və bakteriyaların böyüməsi üçün ideal bir mühit təmin etdiyini, bunun da kəpək və ya seboreik dermatit kimi problemlərə yol aça biləcəyini ifadə etdi. Bu xəstəliklər baş dərisində qaşınma və saç tökülməsinə səbəb ola bilər.

Dəri sağlamlığı da risk altındadır 

Yaş saçla yatmağın dəri sağlamlığına da mənfi təsir göstərə biləcəyini ifadə edən mütəxəssis, yaş saçın sızanaq kimi dəri problemlərini tətikləyə biləcək mühitlər yaratdığını vurğuladı.

Mənbə: NTV

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et