Bu gün:

Kosmik tullantıların təhlükəsi


Yer orbitində sıradan çıxmış peyklərin sayı işlək aparatların sayını keçib. Bu barədə Avropa Kosmik Agentliyinin (ESA) hesabatında qeyd edilib.


Agentliyin materialında dəqiqləşdirilib ki, 2025-ci ilin əvvəlində Yer orbitində təxminən 40 min peyk qeydə alınıb, onlardan cəmi 11 mini fəaliyyətdə olub. Mütəxəssislərin sözlərinə görə, orbitdə obyektlər arasında toqquşma ehtimalı artıb.


ESA alimləri bildirib ki, artan kosmik tullantı sıxlığı nəticədə Kessler effektinə gətirib çıxaracaq — bu nəzəriyyədə təsvir olunmuş bir inkişafdır, burada kosmik tullantılar yaxın kosmosun praktik istifadəsi üçün yararsız hala gəlməsinə səbəb olur.


Mütəxəssislər vurğulayıb ki, Yerətrafı orbitdə ölçüsü 10 santimetrdən böyük təxminən 54 min obyekt mövcuddur. Bununla yanaşı, ölçüsü 1 millimetrdən 1 santimetrə qədər olan təxminən 130 milyon obyekt qeydə alınıb. Kiçik tullantı hissəcikləri işlək peyklərə və kosmik aparatlara əhəmiyyətli zərər vura bilər.


"Hesab edilir ki, sadəcə yeni tullantılar əlavə etməmək kifayət deyil: kosmik fəzada olan tullantıları aktiv şəkildə təmizləmək vacibdir", — hesabat tərtibçiləri qeyd edib. Lakin onlar etiraf edib ki, kosmik obyektlərin utilizasiyası üzrə yeni strategiyalar işləyib: 2024-cü ildə raket pillələri və peyklərin atmosferə idarə olunan daxilolmalarının sayı əvvəlki illərlə müqayisədə daha çox olub.


Mart ayında Massaçusets Texnologiya İnstitutunun (MIT) mütəxəssisləri Yer iqliminin dəyişməsinin peyklər üçün mənfi nəticələrini təsvir edib. Alimlərin qiymətləndirməsinə görə, karbon qazı emissiyaları səbəbilə alçaq Yer orbitinin ötürücülük qabiliyyəti zamanla azalıb.


Mənbə: Lenta.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et