Bu gün:

Alimlərə görə darıxmaq beynimiz üçün faydalıdır


Bəzən film izləyərkən, iclasda iştirak edərkən və ya sadəcə evdə oturarkən özümüzü darıxmış hiss edirik. Diqqətin dağılması, diqqətin yayınması və zamanın keçməməsi kimi hallar mənfi görünə bilər. Lakin elm adamlarına görə, bu hal, əslində, beynin bizə “dayan, düşün” mesajı vermə forması ola bilər. Başqa sözlə, darıxmaq düşündüyümüzdən daha mənalı və funksional bir göstəricidir. Gəlin araşdırma nəticələrinə nəzər salaq.

Əvvəlcə, beynin diqqət şəbəkəsi aktivləşir; bu şəbəkə diqqətimizi maraq göstərdiyimiz stimul və siqnallara yönəldir. Lakin darıxmağa başladıqca bu şəbəkənin effektivliyi azalır, çünki marağımızı davam etdirməkdə çətinlik çəkirik. Diqqətin itdiyi anlarda beynimizin introspektiv, yəni daxilə yönəlmiş düşüncəni təmin edən “varsayılan rejim şəbəkəsi” aktivləşir. Bu isə bizi xarici stimullardan uzaqlaşdıraraq daxili dünyamıza yönəlməyə təşviq edir.

Məhz bu səbəbdən bir filmin maraqsızlaşdığı anda keçmiş hadisələri xatırlamağımız, görəcəyimiz işləri düşünməyimiz və ya xəyallara dalmağımız təbii bir proses sayılır.

İş, məktəb, sosial media və telefon bildirişləri kimi amillər səbəbilə beynimizə demək olar ki, heç bir fasilə tanımırıq. Xüsusilə uşaqlar və gənclər daim məşğul olmağın adi hal olduğunu düşünərək böyüyürlər. Lakin bu davamlı stimullaşdırılmış vəziyyət sinir sistemimiz üçün olduqca yorucudur.

Daimi stress vəziyyəti simpatik sinir sisteminin, yəni "vuruş və ya qaç" mexanizminin fasiləsiz şəkildə aktiv qalmasına səbəb ola bilər. Bu isə zamanla orqanizmin daşıya bilməyəcəyi qədər stressə məruz qalması ilə nəticələnir. Balans yaratmaq üçün zaman-zaman darıxmaq sinir sisteminə istirahət və tənzimlənmə imkanı verir.

Bu hal düşüncələrin sərbəst axmasına şərait yaradır, yeni ideyaların yaranmasına zəmin hazırlayır və zehnin yenidən təşkil olunmasını asanlaşdırır. Eyni zamanda, xarici stimullardan asılı olmadan daxili düşüncə aparmaq bacarığını inkişaf etdirir ki, bu da həm özünəinamı, həm də emosional idarəetmə qabiliyyətini gücləndirir.

Darıxmaq həm də ekranlardan uzaq qalmağa, ani məmnunluq dövrlərini qırmağa kömək edir. Bundan əlavə, beynin yenidən tarazlı vəziyyətə qayıtmasına və narahatlığın (anksiyetenin) azalmasına xidmət edir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et