Bu gün:

Okean və oradakı canlılar haqqında 6 fakt


Gəlin yeraltı dünya ilə bağlı əyləncəli faktlarla tanış olaq.

1. Okeanda nəhəng bir asminoq var

Köhnə dənizçi hekayələrinin əvəzolunmaz qəhrəmanı olan nəhəng asminoq sadəcə bir əfsanə deyil. 2004-cü ildə yapon tədqiqatçıları canlı nəhəng asminoqun ilk şəkillərini çəkərək onun varlığını sübut etdilər.

2. Okeanın altında göllər, çaylar, hətta şəlalələr ola bilər.

Sualtı kainat əslində yer üzündəki dünyaya çox bənzəyir. Okeanların altında nəhəng dağlar, qayalıqlar, vulkanlar, göllər və çaylar var. Bu cərəyanlar duzlu su şirin su ilə qarşılaşdıqda əmələ gəlir. Onların müxtəlif şəkildə sıxlığı təbəqələşmə effekti yaradır.

3. Bədnam böyük ağ köpəkbalığı

Ağ köpəkbalığı ömürlərini okeanlarda davamlı miqrasiyada keçirir. Lakin 2002-ci ildə aparılan araşdırmalar nəticəsində alimlər müəyyən ediblər ki, bir çox insanlar kimi köpək balıqlarının da sevimli istirahət yerləri var. Ağ Köpəkbalığı Kafesi olaraq adlandırılan ərazi Şimali Sakit Okeanda yerləşir. Burada yerləşən qida mənbələri ağ köpəkbalığı və dostlarına qış və yaz istirahət yeri kimi xidmət edir.

4. Okeanlarda muzeylərdən çox eksponat var

Okeanların və dənizlərin dibində üç milyondan çox gəminin batdığı məlumdur. Maraqlısı odur ki, itirilmiş gəmilərin əksəriyyəti saysız-hesabsız xəzinə daşıyırdı. Bütün bu xəzinələrin okeanda muzeylərdə olan qalıqlardan daha çox olduğu düşünülür.

5. Mərcanlar öz günəş kremlərini istehsal edirlər

Bir neçə il əvvəl tədqiqatçılar aşkar ediblər ki, mərcanlar ultrabənövşəyi şüalardan özlərini və onlarla qidalanan balıqları qoruyur. Bunun üçün mərcanlar təbii günəşdən qoruyucu birləşmələr istehsal edir.

6. Mariana çökəkliyi, planetin ən dərin yeri

Təxminən 11 kilometr dərinliyi ilə Mariana çökəkliyi dünyanın ən dərin nöqtəsidir. Bu çökəkliyə günəş işığı düşmür və böyük miqdarda su təzyiqi var.

Mənbə : Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş