Bu gün:

Doğru ətirləri necə seçək?


Ətir hər dəridə fərqli qoxuya malikdir və başqasında bəyəndiyiniz qoxu sizin üçün eyni olmaya bilər. Odur ki, fərqli insanlarda bəyəndiyiniz qoxularla və ya başqasının məsləhəti ilə ətir seçimi etməyə qərar verməyin və ətirinizi mütləq dərinizdə sınayın. 

Analiz edin

Ətirlərin quruluşu piramidaya bənzəyir. İlk qoxuladığınız qoxu dərinizdə 15 dəqiqə qalarkən bir neçə saat sonra qoxunun əsl mənbəyi və alt notları ortaya çıxır. Beləliklə, ətir sınamazdan əvvəl onun tərkibini təhlil edin, bununla da, sürprizlə qarşılaşmayacaqsınız.

 Dərinizdə sınayın

Ətriniz dəri ilə birləşərək unikal qoxu yaradır. Ona görə də qoxunu anlamaq üçün onu dərinizdə sınayın.

Onu da qeyd etmək lazımdır ki, özünüzə məxsus qoxunu tapmaq səbir tələb edir. Ətri bir neçə saat və ya hətta tam bir gün dərinizdə saxlayın, ətrin həm həqiqi xarakterini, həm də qalıcılığını yoxlayın. 

Ətir sınayarkən burnunuzun yorulmaması vacibdir. Eyni anda iki və ya üçdən çox ətir sınamayın. Bunun üçün bir neçə dəfə ətir sınamağa getməli olacaqsınız. 

Hansı qoxuları bəyənirsiniz? 

Bunu müəyyən etmək çətin olsa da, özünüzü tanımaqla kiçik ipuçları əldə edə bilərsiniz. Ən çox sevdiyiniz mövsüm və ya ən çox sevdiyiniz çiçək hansıdır? Siz gündüz insanısınız, yoxsa gecə? Özünüzü və zövqlərinizi təhlil etsəniz, sizə məxsus ətir qoxusunu tapmaq asanlaşacaq. 

Doğru vaxtı seçin

Gün ərzində fərqli qoxulara və stress faktorlarına məruz qalmadan, qoxu reseptorlarınızı yormadan ətirinizi tapmaq üçün yola çıxın. Səhər saatları, sakit mühit ətir seçmək üçün ideal zamandır. 

Hansı qalıcılıq və hansı ətir balansını istəyirsiniz? 

Bunu həll etmək üçün ətir terminologiyasını başa düşmək vacibdir. Eau de Fraiche ən aşağı essensiya faizinə malikdir, ondan sonra Eau De Cologne və Eau de Toilette gəlir. Eau de Parfume ən yüksək faizli və ən qalıcı, sıx ətirdir. 

Bu ətir birləşmələri arasında ən balanslı olanlar Eau de Toilette və Eau de Parfume-dir. Qoxu, qalıcılıq və sıxlıq tarazlığını təyin edərək ətirinizi ona uyğun seçin. 

Mənbə: GQ 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et