Bu gün:

Lusifer-İblis yoxsa mələk?


Lusifer mifologiyada tez-tez rast gəlinən bir addır. Latın mənşəli bu tərifin xristianlıqda böyük rolu var. Bəs bu personajın hekayəsi nədir? Əslində, Lusifer kimdir? Lusiferin mənası nədir və nə deməkdir?

Lusifer ingilis dilində "fallen angel", yəni düşmüş mələk deməkdir. "Lusifer şeytandır?" sualının cavabı “hə” kimi təsvir edilsə də, bir çox sivilizasiyalarda bu xarakterin tərifi fərqlidir. Latın dilində işıq yayan və Venera deməkdir. Bir çox mənbələrdə o, işığın simvolu olmaqla yanaşı, qaranlığın nümayəndəsi kimi də təsvir edilmişdir.

Lusiferin hekayəsi nədir? 

Lusifer fərqli inanclarda fərqli şəkildə təsvir edilir. Bəzən şeytanın özü, bəzən də nurlu bir varlıqdır. TQədim Roma, Xristianlıq, Qədim Yunan dövründə müxtəlifliyi təsvir edilir. Dövrlərdən asılı olmayaraq, onun hekayəsi də müəyyən ezoterik qrup və məzhəblərdə olduqca dəyişkəndir. Ən çox pisliyi oyadan bir varlıq olsa da, bir anlayış olaraq təəccüblü formalarda ortaya çıxır. Bu mifoloji xarakterin hekayəsinə nəzər saldıqda ilk olaraq onun xristianlıqdakı tərifindən başlaya bilərik.

Xristianlıq və Lusifer 

Xristian inancında Lusifer Allaha qarşı üsyan edən və öz ehtiraslarına tab gətirən pis varlıqdır. İnsanları yaxşılıqdan uzaqlaşdırır və eqosentrizmi təşviq edir. O, Allah tərəfindən cənnətdən qovularaq nəfs, təkəbbür, üsyan kimi məcazi mənaya çevrilir. 

Lusifer üsyan etməzdən əvvəl yaradanın çox sevdiyi, göz qamaşdıran mələk kimi təsvir edilir. Lakin Allahın müqəddəs və uca məqamından təkəbbürlə çıxmağı seçdi. Öz ağlı və qüdrəti ilə çox maraqlanan bu varlıq da Allahın bənzərsiz xüsusiyyətlərinə çatmaq istəyirdi. Şərin başlanğıc nöqtəsi olaraq görülən bu ehtirasdan sonra xristianlıqda günah anlayışı öz yerini tutmuşdur. Ona bəxş edilmiş keyfiyyətlərdən sui-istifadə etməyə çalışdığı andan o, düşmüş bir mələk olmağa məhkum edildi. Öz iradəsi ilə qaranlığı seçən bu xasiyyət cənnətdən qovulduqdan sonra şeytan (iblis) adını almışdır. 

Bəzi mənbələrdə o, şeytanın oğlu kimi də təsvir olunur və insanları yaradıcı mənbədən uzaqlaşdırmaq məqsədi daşıyırdı. Son məqsəd isə rəqib gördüyü yaradana qalib gəlmək, hər kəsi doğru yoldan çıxarmaq, öz tərəfinə çəkməkdir.

Lusifer Mifologiyası: Qədim Yunanıstanda Lusiferin tərifi 

Lusifer Yunan mifologiyasında mühüm bir personajdır. Qədim Yunanıstanda Veneranın iki ayrı varlıqdan ibarət olduğu düşünülürdü. Dövrün astroloqları isə Veneranın yeganə ulduz olduğu və adının Eosforos və ya Fosfor olduğu barədə məlumat yaydılar. Latın dilinə Lucem (işıq), Ferre (gətirici)  mənasını verən Lusifer kimi tərcümə olunur. Beləliklə, Veneranın səhər görünüşü ilə eyniləşdirilir. Onun qaranlığın şahzadəsi adlandırılmasının səbəbi o dövrə aid fəlsəfi yanaşmadır. 

Aradia: Cadugərlərin İncilində Lusifer

Ezoterizmlə bağlı bu kitabda köhnə italyan cadularından bəhs edilir. Çarlz Lelandın yazdığı əsərdə Lusifer yenidən işıq gətirən varlıq kimi təqdim olunur. Mahiyyətcə cadu təlimi olan bu tərtib mətnlərində nəsildən-nəslə keçən üçlü inanc sistemi mövcuddur. Bunlar:

• Roma ilahəsi Diana

• İşıq yayan Lusifer,

• Aradia, Diana və Lusiferin qızı.

Bu inanc sistemində Aradianın insanları katolik kilsəsindən qorumaq üçün dünyaya göndərildiyinə inanılırdı. Bununla belə, hələ də neopaganizmdə sağ qalan bir tamaşaçı var.

Mitraizmdə Lusiferin yeri

Mistik Roma mədəniyyəti olan mitraizm eramızın 1-ci və 4-cü əsrlərində mövcud olmuş bir kult idi. Göndərilən gizli məlumatlarda heç bir yazılı mənbə tapılmadı və onun məxfiliyi qorundu. Yalnız təriqət üzvlərinə izah edilən təlimlərdə Lusifer həm xeyirin, həm də şərin tanrısı kimi görünürdü. Lusiferi daha dualist bir çərçivədə təsvir edən bu inancda əsas mövzu astrologiya idi. 25 dekabr həm də bu tanrının doğum günü idi.

Lusifer İblisdir yoxsa mələk?

"Lusifer mələkdirmi?" sualın cavabı, əslində, həm bəli, həm də yox. Lusifer səmavi dinlərdə Şeytan, İblis, Əzazil kimi adlarla tanınır. Pisliyi, günahı və pis əməlləri simvollaşdırır. Bəzi gizli inanclarda o, işıq mənbəyi olaraq görülməyə davam edir. Qədim dövrlərdən müxtəlif sifətlərlə günümüzə gəlib çatmış və yerini qoruyub saxlamışdır. 

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva 



Paylaş
Şərh əlavə et