Bu gün:

Somatik gen və hüceyrə terapiyasının tibbdə rolu


Somatik gen və hüceyrə terapiyaları tibbdə geniş qəbul olunur və sümük iliyi transplantasiyası kimi üsullar illərdir tətbiq edilir. 

Gen terapiyası, xüsusilə, uşaqlarda immun çatışmazlıq kimi xəstəliklərin müalicəsində uğurla istifadə olunur. Belə müalicələrdə, əsasən, təhlükəsizlik, effektivlik və razılıq məsələləri müzakirə edilir, əxlaqi narahatlıqlar isə azdır. Genom redaktəsi bu sahədə rolunu artırmaqla yanaşı, tibbi məqsədlərdən kənar – məsələn, “inkişaf” məqsədli dəyişikliklər üçün də istifadə oluna bilər. Bu, somatik və ya irsi dəyişikliklərə əsasən daha mürəkkəb əxlaqi və hüquqi suallar doğurur.

“İnkişaf” anlayışı fərdin və ya bəşərin “normal” vəziyyətindən kənarlaşdırılması kimi qəbul edilir. Lakin “normal” və “təbiətə uyğun” anlayışları nisbi və dəyişkəndir, çünki insanlarda müxtəlif genetik və fiziki xüsusiyyətlər geniş bir spektrdə dəyişir. Bu səbəblə, müəyyən bir halı “normal” hesab etmək çətindir.

Genetik variantlar “mutasiya” kimi mənfi anlayışlarla deyil, “variant” kimi neytral terminlərlə ifadə olunmalıdır. Çünki bir gen variantı bəzi hallarda xəstəlik yarada, bəzi hallarda isə (məsələn, oraq hüceyrə genində olduğu kimi) müəyyən şəraitdə faydalı ola bilər. Bu da göstərir ki, bir genin faydalılığı və ya zərərli olması onun konteksti – yəni ətraf mühiti və digər genlərlə əlaqəsi – ilə bağlıdır.

Nəticədə, mövcud genetik variasiyalar təbii sayılır və onların bəzilərinin dəyişdirilməsi müalicə məqsədli ola bilər. Ancaq yeni və qeyri-mövcud variantların yaradılması daha ciddi etik və elmi müzakirə tələb edən inkişaf addımıdır.


Mənbə: National İnstitutes of Health 

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et