Bu gün:

Vintaj gəlinlikdə zaman tüneli


Vintaj gəlinlik modelləri keçmişdən günümüzə yeni üslublar qataraq modellərə uyğunlaşdırılmış gəlinliklərdir. Keçmişə və sadəliyə qarşı hiss edilən həsrətlə yanaşı, son zamanlar gəlin namizədləri ən çox vintaj üslublu gəlinlikləri seçirlər.  Fransız krujeva detallarına, öz naxışlı parçalara, ipək atlaz gəlinliklərə baxıb dünyaca məşhur moda ikonlarının geyindiyi gəlinliklərə heyran duyur, eyni romantikada öz toyunuzu xəyal edirsinizsə və vintaj gəlinlikləri araşdırıb seçim etmək istəyirsinizsə, onda gəlin Oleq Cassininin hazırladığı vintaj gəlinliklər məqaləsinə nəzər yetirək.

1950-ci illərin gəlinlik modelləri

1950-ci illərin gəlinlik modelləri olan Audrey Hepburnu ikonik əbədi üslubu ilə həmişə xatırlayacağıq. İllər keçməsinə baxmayaraq, onun bu gün də dünyadakı bir çox qadınları ruhlandırdığı bir həqiqətdir. Özünəməxsus üslubu və tərzi ilə 1950-ci illərin gəlinlik modasına rəhbərlik etdi. Onun toyunda geyindiyi qısa vintaj gəlinlik hələ də bir çox gəlin namizədləri tərəfindən seçilir. 

Siz də özünüz üçün feminist və romantik bir üslub yarada bilərsiniz. Qısa vintaj gəlinliklərdə ən önəmlisi düzgün ayaqqabı seçimi olacaq, deyə bilərik ki, önündə bantlı rəqqas ayaqqabıları ən uyğun modeldir. 

1960-cı illərin gəlinlik modelləri 

Vintaj gəlinlik modellərini araşdırdığımız zaman hər zaman qarşımıza çıxan inanılmaz detallardır... Öz naxışlı parçalar və romantik krujeva 60-cı illərin gəlinliklərinin vazkeçilməzləri arasındadır. Əgər tarixi mövzuda toy etməyi düşünürsünüzsə, 1960-cı illərin gəlinliklərində olduğu kimi naxışlı parça və krujeva modelləri olan gəlinlikləri seçə bilərsiniz. Son illərdə yenidən dəb halına gələn şar qollu gəlinliklər və krujeva ilə keçmişə romantik səyahət edə bilərsiniz. 

1970-ci illərin gəlinlik modelləri

Əgər gəlinliyinizdə sadəlik və dəbdəbəlilik axtarırsınızsa, 1970-ci illərin köhnə stil gəlinlikləri məhz sizin üçündür. Demək olar ki, bütün vintaj gəlinliklərdə istifadə edilən krujeva hələ də cazibəsini itirməyib və yenə də uzun illər öz yerini qoruyacaq. 1970-ci illərin gəlinlik modellərinə baxdığımızda uzun qolları, dik yaxaları, atlaz ipək qarışığı parça və krujeva tikmələri ilə gəlinliklərdə təvazökar, lakin qadına xas bir siluet yaradır. Köhnə üslublu gəlinliklərdə də duvaq seçimi çox önəmlidir. Gəlinlik paltarınızın krujevasına uyğun krujevalı duvaq taxa, ya da duvağın yüngül olmasını istəyirsinizsə, tül seçə bilərsiniz. 

1980-ci illərdə gəlinlik paltarları

Hər gəlinin öz toyunda geyinmək üçün gəlinlik xəyalı bambaşqadır. Bəziləri tüklü və dəbli ətəklər istəyərkən bəziləri daha sadə gəlinliklərə üstünlük verir. Əvvəllər dəbdə olan hər şeyi geyinən gəlinlər indi öz üslublarını yaradırlar. 1980-lərin gəlinlik modellərinə baxdığımızda, daha çox krujeva və tüklü ətəklər görürük. 

1980-ci illərdə minimalizm keçmişdə qaldı. Seçiminiz 80-ci illərin gəlinlikləridirsə, deyə bilərik ki, əyləncəli qıvrımlı yaxalar, qat-qat enən krujeva ətəkləri ilə edəcəyiniz rəqs unudulmaz bir toy yaradacaq.

1990-cı illərdə gəlinlik modelləri 

Artıq geridə qoyduğumuz minimalizm 90-cı illərdə maksimalizm olaraq təsirini davam etdirir. Qısaca, bəzək trendi deyə biləcəyimiz maksimalist toxunuşlarda beldən aşağıya doğru gedən ətəklər daha tüklü dizayn edilmiş və balon qollu gəlinliklər dərhal diqqəti cəlb edən iddialı üslublar arasındadır. 1990-cı illərin qadınları özlərinə güvənən və şən qadınlar kimi yadda qalıb. 90-cı illərin dəbdəbəli gəlinlikləri ilə inamlı görünüş əldə edə bilərsiniz. Əgər özünüzü 50-90-cı illərin bu gəlinlik dəbinə yaxın hiss edirsinizsə, Oleq Kassininin vintaj gəlinliklərinə nəzər salmalısınız.

Mənbə: olegcassini.com.tr

Tərcümə etdi: Məryəm Abdullazadə



Paylaş
Şərh əlavə et