Bu gün:

Sınıq ürək sindromu qadınlardan çox kişiləri öldürür


ABŞ-də aparılan hərtərəfli araşdırma “qırıq ürək sindromu” kimi tanınan takotsubo kardiyomiyopatiyasının kişilərdə qadınlara nisbətən ölüm nisbətinin iki dəfə yüksək olduğunu ortaya qoyub. Güclü emosional və ya fiziki stress ürək əzələlərini zəiflətdikdə baş verir.

Arizona Universitetinin alimləri 2016-2020-ci illər arasında 199 890 xəstənin məlumatlarını araşdırıblar.

Araşdırmaya görə, xəstəlik qadınlarda daha çox görülsə də, ölüm nisbəti kişilərdə yüzdə 11,2, qadınlarda isə yüzdə 5,5 olaraq qeydə alınıb.

Qırılmış ürək sindromu - Güclü emosional və ya fiziki stress ürək əzələlərini zəiflətdikdə baş verir.

Xəstəliyin simptomları çox vaxt infarkt əlamətləri ilə qarışdırılır. Mütəxəssislər bildirirlər ki, xəstəliyin erkən diaqnozu və effektiv müalicəsi üçün maarifləndirmə gücləndirilməlidir.

Araşdırmanı icra edən Kardioloq Dr. M.Reza Movahed  “Beş il ərzində ölüm nisbətlərində ciddi dəyişikliyin olmaması və xəstəxanadaxili ağırlaşmaların yüksək nisbəti diqqətəlayiqdir”,-deyə bildirib.

Fəsadlara ürək çatışmazlığı, atrial fibrilasiya, insult və ürək dayanması kimi ciddi şərtlər daxildir.

Tədqiqatın nəticələri Amerika Ürək Assosiasiyasının jurnalında dərc olunub.

Mənbə:TRT Haber

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et