Bu gün:

Teatr ilə kino aktyorluğu arasındakı fərqlər



Teatr və kino aktyorluğu arasında hansı fərqlər var?


Teatr aktyorluğu və kino aktyorluğu, əsasən, eyni prinsiplərə əsaslanır. Kino və teatr aktyorluğunun bir çox texniki fərqləri var, amma teatr aktyorluğu ilə kino aktyorluğu arasındakı fərqlər o demək deyil ki, bu sahələr tamamilə əks sahələrdir. Əgər yaxşı aktyorsunuzsa, həm səhnədə, həm də kamera qarşısında çıxış edə bilərsiniz. 


Əsas təriflərə baxsaq, deyə bilərik ki, hər hansı hadisə, vəziyyət və ya plan nəticəsində yazılmış dramatik mətnlərin səhnədə canlandırılması zamanı yaranan sənətə teatr deyilir. Teatr aktyoru: müəyyən ssenarini canlı ifa ilə tamaşaçıya çatdıran şəxsdir. Kino isə kameranın əldə etdiyi görüntüləri işıq vasitəsi ilə ağ ekranda əks etdirərək film adlanan səsli və ya səssiz hərəkətli filmlər istehsal etmək işidir. 


Tamaşaçıya canlı ötürülən və aktyordan anın içində olmasını, onu yaşamağı tələb edən bir sənətə teatr deyilir.

Tamaşa tamaşaçılarla görüşənə qədər dəfələrlə məşq edilir. Bunun səbəbi tamaşanı ən yaxşı şəkildə aça bilmək, əzbər və ya hər hansı səhnə səhvlərinə yer verməməkdir. Kinoda isə filmlər daha uzun müddətə çəkilir. Teatr aktyorluğu ilə kino aktyorluğu arasındakı digər fərqlər aşağıdakılardır:

•Teatr və kino aktyorluğu arasındakı fərqlər arasında teatr tamaşaları və kinolara müxtəlif hazırlıq vaxtları daxildir. Bəyənilməyən və ya yanlış olan səhnələr kino aktyorluğunda təkrarlana bilər. Daha sonra çəkilmiş səhnələr montaj edilərək film əldə edilir. Teatr aktyorluğunda isə belə bir şans yoxdur.

•Teatr aktyoru tamaşa boyu obrazda qalmalıdır, kino aktyorunun isə belə bir öhdəliyi yoxdur. Kino və teatr aktyorluğundakı fərqlərə baxdığımızda teatr aktyoru axın içində olmalı olduğu halda, kino aktyorluğunda səhnələr bölünərək kamera qarşısında çəkilir. Teatr aktyorluğu və kino aktyorluğu bu nöqtədə bir-birindən ayrılır.

•Fərqlər arasında texniki detallar da var. Teatrda vizual effektlərdən istifadə oluna bilmədiyi üçün kostyum və ya qrimdə sonradan heç bir düzəliş edilə bilməz. Kinoda sonradan görüntülərə müdaxilə etmək olar. Ona görə də teatr aktyoru əvvəlcədən saçını və makiyajını məşq etməli və xarakterinə ən uyğun olanı müəyyən etməlidir.

•Teatr aktyorluğu və kino aktyorluğu makiyajda fərqli üsullara malikdir. Teatr aktyorluğu üçün qrim texnikası kino aktyorluğu texnikasından bir qədər fərqlidir. Kamera qarşısına keçən aktyorluqda kamera detalları çox aydın göstərsə də, səhnədəki işıqlandırmalar teatr aktyorunun makyajını sanki yeyir. Ona görə də teatr aktyoru makiyajını həmişəkindən bir az qabarıq şəkildə etməlidir. Kino aktyorunun isə belə bir çətinliyi yoxdur.

•Teatr aktyorunun tamaşa zamanı əzbər səhvləri etmək şansı yoxdur. Belə bir vəziyyət ümumiyyətlə arzuolunmazdır, baxmayaraq ki, improvizasiyaya yol verilir. Amma kino canlı olmadığı üçün aktyor səhv etsə belə səhnənin təkrarlanması şansı var. Əzbərlə bağlı bu detal teatr və kino aktyorluğu arasındakı fərqlər sırasındadır.

•Kamera ən kiçik jesti belə çəkir. Buna görə də kino aktyorlarından daha təbii və minimal aktyorluq nümayiş etdirmələri gözlənilir. Teatr aktyoru isə səhnədə kamera qarşısında olduğu kimi hərəkət edərsə, bu sönük qala bilər. Lakin bu o demək deyil ki, teatr aktyoru ifrat dərəcədə aktyorluq sərgiləməlidir. Kino və teatr aktyorluğu baxımından aktyor burada yaxşı balans yaratmağı bacarmalıdır. 

Teatr aktyorluğu aktyorlardan səhnədə nəfəsindən, səsindən daha güclü istifadə etməyi tələb edir. Teatr aktyorları özlərini hətta arxa cərgədəki tamaşaçılara da eşitdirməyi bacarmalıdırlar. Bu qışqırmaq demək deyil. Bu zaman aktyor düzgün texnika ilə nəfəs alaraq səsindən güclü və yorulmadan istifadə etməyi bacarmalıdır. Kino aktyorluğu isə aktyorlardan daha yüksək səs tələb etmir. Əksinə, kamera qarşısında mümkün qədər təbii tonda danışmaq lazımdır.

Bununla belə, teatr aktyorluğu ilə kino aktyorluğunu fərqləndirən xüsusiyyətləri daha ətraflı öyrənmək istəyirsinizsə, mütləq təlim keçməyi tövsiyə edirik. Maraqlandığınız sahədən asılı olaraq, kamera qarşısında aktyorluqla özünüzü daha yaxşı təkmilləşdirə, həm də təcrübə keçmək imkanı tapa bilərsiniz.

Mənbə: Sinema Akademi

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et