Bu gün:

Ebola virusu nədir?


Ebola virusu ilk dəfə 1976-cı ildə Sudan və Zairdə (indiki Demokratik Konqo Respublikası) aşkar olunub. Bu virus tarix boyunca ən ölümcül patogenlərdən biri sayılıb. O, yüksək ölüm faizi ilə (bəzi hallarda 90%-ə qədər) müşahidə olunan hemorragik qızdırma yaradıb.


Virusun ən geniş yayılması 2014–2016-cı illərdə Qərbi Afrikada baş verib. Bu dövrdə Qvineya, Liberiya və Syerra-Leone kimi ölkələr virusdan ciddi zərər görüb, 11 min nəfərdən çox insan həyatını itirib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu epidemiyanı beynəlxalq fövqəladə vəziyyət kimi tanıyıb. Həmin illərdə virusun sərhədləri keçərək qlobal təhlükəyə çevrilməsi riski yaranıb.


2014–2016-cı illərdəki zirvə nöqtəsindən sonra alimlər və səhiyyə təşkilatları virusla mübarizədə ciddi irəliləyiş əldə edib. 2019-cu ildə Ebola əleyhinə ilk vaksin - rVSV-ZEBOV təsdiqlənib və sonrakı lokal yayılmalarda, xüsusilə Konqo Demokratik Respublikasında uğurla istifadə olunub.


Buna baxmayaraq, Ebola hələ də potensial təhlükə olaraq qalır. Mərkəzi Afrikada zaman-zaman yeni hallar qeydə alınıb və ÜST bu yayımları daim izləməkdə davam edir.


Mənbə: World Health Organisation 


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et