Bu gün:

Amerikalılar niyə evə ayaqqabı ilə girir?


Uşaqlığımızdan bəri baxdığımız əksər serial və filmlərdə Amerikada insanların evlərinə ayaqqabı ilə girdiklərini görürük və bunu anlaya bilmirik. 

İlk olaraq yuxarıdakı xəritəyə nəzər salaq. Mavi ilə işarələnmiş ölkələr evə ayaqqabı ilə girənlər, yaşıllar isə çıxaranlardır. Dünyanın bir hissəsi ayaqqabılarını çıxararkən digər hissəsi evə girir.
Bəs biz evdə ayaqyalın gəzərkən niyə amerikalılar ayaqqabı ilə gəzirlər? Bu, əslində, mədəniyyət məsələsidir. Bəzi ölkələr ayaqqabılarının alt hissəsinin çirkli və ya çirkli olmasına əhəmiyyət vermir, bəziləri isə bunun doğru olmadığını düşünür. Digər səbəb isə küçələrin çox təmiz olmasıdır.

Bildirilir ki, bir çox Avropa ölkələrində zibil, kir kimi əşyalar ayaqqabılarının dibinə yapışmasın və evlərinə rahat girə bilsinlər deyə küçələr mütəmmadi olaraq yuyulur. Həm də bu rahatlıq sayəsində geyindikləri corablara əhəmiyyət vermirlər.

Heç kim bir-birinin corabını, ayağını görməməlidir. Çox yaxın olmadığınız birinin evində olsanız, ayaqqabılarınızı çıxarmaq çox özəl bir şey olaraq görüldüyü üçün alt paltarında olmaq kimi bir vəziyyətə səbəb olacaq. Əslində, Türkiyəyə gələn turistləri ən çox təəccübləndirən cəhətlərdən biri də qapının qarşısında ayaqqabılarımızı çıxarmağımızdır.

Çünki onların mədəniyyətində başqasının evinə gedəndə ayaqyalın gəzmək, əslində, qarşı tərəfə hörmətsizlik ola bilər. Nəticə etibarı ilə bu, doğrudan da, mədəni məsələdir, heç bir elmi və məntiqi səbəb yoxdur.


Mənbə: Onedio.com
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et