Bu gün:

Epifiz vəzi nədir?


Epifiz beyin mərkəzində yerləşən və melatonin hormonu istehsal edərək yuxu və bədən saatını tənzimləyən kiçik bir vəzidir. O, həmçinin bir çox mədəniyyətdə mənəvi şüurla əlaqələndirildiyi üçün "Üçüncü göz" adlandırılır. 

Epifizin bioloji funksiyaları

Epifizin əsas funksiyası melatonin hormonu istehsal edərək bədənin bioloji saatını tənzimləməkdir. Melatonin qaranlıqda artır, yuxuya getməyə kömək edir və bədən istiliyi, əhval-ruhiyyə və immunitetə də təsir göstərir. Yaşlandıqca epifizin fəaliyyəti zəifləyir və melatonin azalır, bu da yuxu pozğunluqlarına səbəb ola bilər.


Epifiz və "Üçüncü göz" nəzəriyyəsi

Epifiz bir çox qədim sivilizasiyalarda mənəvi mərkəz və "üçüncü göz" kimi qəbul olunub. Bu daxili göz fiziki olaraq görünməyənləri dərk etmə qabiliyyəti ilə bağlıdır. Hinduizmdə qaşlar arasında yerləşən şüur nöqtəsi, Misirdə isə Horusun gözü ilə əlaqələndirilərək mənəvi maarifləndirmə simvolu sayılıb. 


"Üçüncü göz"ün açılması və ruhani əlaqələr

Ruhani inanclara görə, epifiz vəzi aktiv olduqda insanın şüuru genişlənir və daxili baxış, intuisiya kimi qabiliyyətləri güclənir. Meditasiya, yoqa və nəfəs məşqləri bu vəzi aktivləşdirmək üçün istifadə olunur və daha yüksək şüur səviyyəsinə çatmağa kömək etdiyi düşünülür.


Elmi perspektiv: DMT istehsalı

Bəzi alim və tədqiqatçılar hesab edirlər ki, epifiz vəzi dimetiltriptamin (DMT) adlı güclü psixoaktiv maddə istehsal edə bilər. DMT beyində təbii şəkildə yaranan, lakin həm də bəzi bitkilərdə olan maddədir və çox qısa müddətdə, lakin çox güclü vizual və emosional hallara səbəb olur. Buna görə də, bəzən "ruh molekulu" adlandırılır.


Epifiz vəzinin kalsifikasiyası

Müasir həyat tərzi epifiz vəzinin fəaliyyətinə mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, ftorid, ağır metallar və işlənmiş qidalar epifizin kalsifikasiyasına, yəni sərtləşib funksiyasının zəifləməsinə səbəb ola bilər. Bu vəziyyət melatonin istehsalını və vəzin ümumi fəaliyyətini poza bilər. Buna qarşı sağlam qidalanma, flüorsuz su istifadə etmək və detoks üsullarından yararlanmaq tövsiyə olunur.


Epifiz vəzisi bədənin yuxu ritmlərini bioloji olaraq tənzimləsə də, mistik və mənəvi inanclarda da mühüm rol oynayır. “Üçüncü göz” kimi tanınan bu vəz bir çox mədəniyyətdə daxili şüurun qapısı hesab olunur. Elmi araşdırmalar epifizin funksiyalarını getdikcə daha yaxşı anladıqca, onun mənəvi tərəfləri isə hələ də tam aydın deyil və sirrini qoruyur.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et