Gündəlik istifadə etdiyiniz qeyri-sağlam qəlyanaltılar həyat üçün təhlükə yarada bilər. Çin alimlərinin 8 milyondan çox böyüklər üzərində apardığı genişmiqyaslı araşdırma ultra emal olunmuş qidaların sağlamlıq üçün ciddi risklər yaratdığını ortaya çıxarıb.Gündəlik həyatın vazgeçilməzi olan çips və konfet kimi ultra işlənmiş qidaların yalnız bir paket istifadə edilməsi belə ürək xəstəliyi və xərçəng riskini artıra biləcəyi bildirilib.
Çinin Sun Yat-sen Universitetində aparılan araşdırmada dünyanın hər yerindən 8 milyondan çox insanın qidalanma vərdişləri araşdırılıb. Araşdırmaya görə, gündə çips və ya konfet kimi işlənmiş qidalardan cəmi 100 qram çox yemək həzm sistemi xəstəlikləri riskini 19,5 faiz artırır. Bundan əlavə, bu məbləğin artması ilə ürək-damar xəstəlikləri riski 5,9 faiz, xərçəng riski isə 1,2 faiz artır. UPF-lərin yüksək miqdarda əlavə şəkər, natrium və qeyri-sağlam yağlar olduğu qeyd edilib. Bu məhsullar pəhriz lifi və əsas vitaminlərdə son dərəcə aşağıdır. Bu qida balanssızlığı geniş spektrli sağlamlıq problemlərinə səbəb ola bilər.
Tapıntılar bu yaxınlarda Sinqapurda keçirilən Amerika Kardiologiya Kollecinin Asiya 2025 Konfransında ictimaiyyətlə paylaşılıb. Tədqiqatçılar yüksək UPF istifadəsinin vaxtından əvvəl ölüm riskini 2,6 faiz artırdığını və həmçinin piylənmə, diabet, depressiya və narahatlıq kimi şərtlərlə əlaqəli olduğunu qeyd ediblər.
UPF olaraq təyin olunan bu məhsullara raf ömrünü uzatmaq və ya dadını artırmaq üçün rəngləndiricilər, dadlandırıcılar və konservantlar kimi əlavələrlə zənginləşdirilmiş qidalar daxildir. Hazır yeməklər, dondurma, konfet və ketçup da bu qrupa daxildir.
Böyük Britaniya Avropada ən çox UPF istifadə edən ölkədir. Ölkədə orta hesabla bir insanın gündəlik pəhrizinin yüzdə 57-si bu qidalardan ibarətdir. Səhiyyə mütəxəssislərinin fikrincə, UPF-lərin həddindən artıq istifadəsi piylənmə böhranının əsas səbəblərindən biridir.
Ekspertlər həm ayrı-ayrı şəxsləri, həm də hökumətləri tədbir görməyə çağırır. Tədqiqatçılar qidaların etiketlənməsi qaydalarını sərtləşdirməyə və istehsalçıları inqrediyentləri daha şəffaf şəkildə açıqlamağa çağırırlar.
Mənbə: NTV
Tərcümə etdi: Mina Yadigarlı