Bu gün:

Yağışdan sonra torpaqdan gələn qoxu nədir?


Görkəmli türk şairi Turqut Uyarı təsnif edən bir şeirdə belə deyilir: “Torpaq sevdiklərimizi bizdən aldığı üçün bu qədər gözəl qoxuyur?”


Bu, ədəbi səslənsə də, elmi cəhətdən çox maraqlı sualdır, çünki hamımız yağışdan sonra torpağın iyini yaşamışıq. Ədəbiyyatda insanı duyğulara sövq etmək məqsədini bir yana qoysaq, elmdə sualın cavabı tam aydındır.

Xeyr, torpağa özünəməxsus qoxusunu verən “ölənlər” deyil; daha doğrusu, bakteriya və göbələklərin tullantılarının qoxusudur. Bu həm də reproduktiv məqsədlər üçün istehsal etdikləri kimyəvi tullantıların qoxusudur!

Əslində yağışın özü də su kimi qoxusuzdur. Ancaq yağışdan sonra buruna gələn qoxuya səbəb olan əsas kimyəvi maddə 
dimetiloktahidronaftalin adlanan, sadəcə olaraq geosmin kimi tanınan kimyəvi maddədir. Bu maddə mavi-yaşıl yosunlar kimi tanınan siyanobakteriyalar, Actinomyces sinifinin filamentli bakteriyaları  və bəzi göbələklər tərəfindən istehsal olunan tullantıdır. Başqa sözlə, bu maddə bu canlıların normal bioloji funksiyalarının əlavə məhsulu kimi istehsal olunur.

Xüsusilə, streptomyces kimi bakteriyalar çoxalmaq üçün istifadə edəcəkləri sporlar istehsal edir, eyni zamanda əlavə məhsul kimi geosmin istehsal edir və onu xaric edirlər. Bu bakteriyalar həm də bütün təbii antibiotiklərimizin və bəzi hallarda insanlar üçün həyati əhəmiyyət kəsb edən immunosupressantların 70%-ə qədərini istehsal etmək üçün istifadə olunur.


Mənbə: Evrimağacı
Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et