Bu gün:

Astma xəstəliyi nədir, hansı simptomları var?


Astma ağciyər tənəffüs yollarının uzunmüddətli iltihabi xəstəliyidir.


Simptomlara xırıltı, öskürək, döş qəfəsində sıxılma və nəfəs darlığı halları daxildir. Bunlar gündə və ya həftədə bir neçə dəfə ola bilər. İnsandan asılı olaraq astma simptomları gecə vaxtları və ya idman edərkən özünü daha pis şəkildə bilər.

Astma xəstəliyinin genetik və ətraf mühit faktorlarının birləşməsindən qaynaqlandığı düşünülür. Ətraf mühit amillərinə havanın çirklənməsi və allergenlərə məruz qalma daxildir. Digər potensial tətikləyicilərə aspirin və beta blokerlər kimi dərmanlar daxildir. 

Diaqnoz, adətən, simptomların nümunəsinə, zamanla müalicəyə cavaba və spirometriya testinə əsaslanır. Simptomların tezliyinə, bir saniyədə məcburi ekspiratuar həcminə və pik ekspiratuar axınının sürətinə görə təsnif edilir. O, həmçinin atopik və qeyri-atopik kimi təsnif edilə bilər. Burada "atopiya" 1-ci tip hiperhəssaslıq reaksiyasını inkişaf etdirməyə meyllidir.

Astmanın məlum müalicəsi yoxdur, lakin asanlıqla idarə oluna bilər. Allergenlər və tənəffüs yollarının qıcıqlandırıcıları kimi tətikləyicilərdən qaçaraq simptomların qarşısını almaq və yatırtmaq olar. 

Astma simptomları nəzarətsiz qalarsa, inhalyasiya edilmiş kortikosteroidlərə əlavə olaraq uzun müddət fəaliyyət göstərən beta agonistlər (LABA) və ya antileykotrien agentləri istifadə edilə bilər. Sürətlə pisləşən simptomların müalicəsi, adətən. salbutamol və ağızdan alınan kortikosteroidlər kimi inhalyasiya edilmiş qısa təsirli beta-2 agonistləri ilə aparılır. Çox ağır hallarda venadaxili kortikosteroidlər, maqnezium sulfat və xəstəxanaya yerləşdirmə tələb oluna bilər.

Mənbə: Erimağacı
Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et