Bu gün:

İnsan ömrü sonsuz olmasa da sərhədsiz ola bilər


İnsan maksimum neçə il yaşaya bilər? Bu sual uzun illərdir elm dünyasında müzakirə mövzusudur. İsveçrənin Sürix Universitetindən tədqiqatçılar tərəfindən aparılan yeni araşdırma isə bu məsələyə fərqli baxış təqdim edir. Alimlər hesab edir ki, insan ömrü üçün bioloji bir sərhəd yoxdur və bu göstərici zamanla artmağa davam edəcək.

Araşdırma zamanı əvvəlki illərdə aparılan və xüsusilə zəngin ölkələrdə ömür uzunluğunun artım tempinin azaldığını iddia edən tədqiqatlar yenidən təhlil olunub. Yeni nəticələr göstərir ki, bu zəifləmə bütün ölkələrə aid deyil – bəzi ölkələrdə həyat uzunluğu artmaqda davam edir.

Mütəxəssislər bildirirlər ki, tibb və sosial rifah sahəsindəki irəliləyişlər müxtəlif ölkələrdə fərqli sürətlə gedir və bu dünya üzrə ömür göstəricilərinə təsir göstərir. Məsələn, son 20 ildə kişilər arasında ən yüksək ömür uzunluğuna malik ölkə 6 qadınlarda isə 4 dəfə dəyişib.

2000–2020-ci illərdə kişilərin ömrü hər onillikdə orta hesabla 1,96, qadınlarda isə 1,45 il artıb. Bu göstəricilər əvvəlki tarixi tendensiyalarla müqayisədə ciddi fərq göstərməsə də, inkişafın davam etdiyini sübut edir. Alimlərə görə, bu templə davam edərsə 2063-cü ilə qədər qadınların orta ömür uzunluğu 100 ilə çata bilər.


Mənbə: Onedio

Tərcünə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et