Çempionlar Liqasının rəmzi komandası açıqlanıb

Çempionlar Liqasının rəmzi komandası açıqlanıb

Final oyunu Madriddə keçiriləcək Çempionlar Liqasının rəmzi komandası açıqlanıb. 

24media.az ONA-ya istinadən xəbər verir ki, “InStat Football” şirkəti “Tottenhem” - “Liverpul” matçı ərəfəsində “11-liyi” müəyyənləşdirib. 

Həlledici oyunun cəmi 2 üzvü rəmzi komandaya düşüb. Onların hər ikisi “Liverpul”u təmsil edir. 

Komandanın heyətində Mark-Andre ter Şteqen (“Barselona”), Joau Kanselu (“Yuventus”), Virdjil van Deyk (“Liverpul”), Corco Kellini (“Yuventus”), Jordi Alba (“Barselona”), Cordan Henderson (“Liverpul”), Pol Poqba (“Mançester Yunayted”), Hakim Zieş (“Ayaks”), Rahim Sterlinq (“Mançester Siti”), Lionel Messi (“Barselona”) və Neymar (PSJ) yer alıb.