Bu gün:

Dünyanın ən hündür 10 binası


Dünyada bir sıra binalar var ki, həmin binalardan müxtəlif füsunkar mənzərələrə, görüntülərə  sahibdirlər.

10. Citic tower - 528 metr

 

Citic Tower 2018-ci ildə açılıb və ofislər, otellər və lüks mənzillərin qarışığından ibarətdir. Binanın ləqəbi Çin Zundur. Adı binanın dizaynına ilham verən köhnə Çin içki qabından gəlir.  Qüllə hazırda Pekinin ən hündür qülləsidir və şəhərdə hündürlüyü 180 metrdən yuxarı olan binaların tikintisini qadağan edən yeni qanunvericiliyə görə, uzun müddət ən hündür bina titulunu saxlayacaq. 


9. Tianjin CTF Maliyyə Mərkəzi - 530 metr

2019-cu ildə açılan Tianjin Tower davamlılığı nəzərə alaraq tikilib. Onun unikal forması belə hündür binada güclü küləklərin təsirindən qorunmaq və şüşədən istifadəyə qənaət etmək üçün nəzərdə tutulmuşdu.  O, həmçinin zəlzələ zamanı binanı sabit saxlamağa kömək etmək üçün “yumşaq dayaq” sütun sisteminə malikdir. Qüllə Çinin şimalında böyük seysmik aktivliyə malik bir hissəsində yerləşdiyi üçün bu, çox məntiqli fikirdir.


8. Quanqçou CTF Maliyyə Mərkəzi- 530 metr

Tianjin Qülləsi kimi Çinin ən hündür binası olan Quanqçou Qülləsi də dünyanın səkkizinci ən hündür binasıdır. Bu bina saatda 72 kilometr sürətlə dünyanın ən sürətli lifti ilə təchiz olunub. Bu o deməkdir ki, siz birinci mərtəbədən 95-ci mərtəbədəki otelin foyesinə cəmi 42 saniyəyə çata bilərsiniz.


7. Əkiz Qüllələr-Dünya Ticarət Mərkəzi- 541 metr

Dünya Ticarət Mərkəzi 11 sentyabr terror aktları zamanı dağıdılan altı dünya ticarət mərkəzinin yerində tikilib. Tikinti 2006-cı ildə başlayıb və 2014-cü ildə başa çatdırılıb. Qüllənin əksəriyyəti ofislər olmaqla, ümumilikdə, 94 mərtəbədən ibarətdir. Foyenin böyük bir hissəsində 11 sentyabr hücumlarında həyatını itirənlərin xatirəsinə hazırlanmış sənət əsərləri sərgilənir.


6. Lotte World Tower (Lotto Dünya Qülləsi) - 555 Metr

Lotte World Tower Cənubi Koreyada 100 mərtəbədən çox olan ilk binadır. Binanın 10 mərtəbəsində ticarət mərkəzləri var. 13 il üçün nəzərdə tutulan bina kifayət qədər güclü tikilib. Lotte 9 bal gücündə zəlzələlərə və çox güclü küləklərə tab gətirməsi üçün nəzərə alınıb və tikilib.


5. Beynəlxalq Maliyyə Mərkəzi Pinq- 599 metr

Pin An qülləsi Çinin Şençjen şəhərinin biznes rayonunda yerləşir. Pin An, şübhəsiz ki, dünyanın ən böyük sığorta şirkətidir. Əvvəlcə, strukturun yuxarı hissəsinə əlavə 60 metrlik antenanın əlavə edilməsi planları var idi ki, bu da onu Çinin ən hündür binasına çevirdi. Ancaq bunun hava hərəkətinə mane ola biləcəyi ilə bağlı narahatlıqlar bu ideyanın ləğv edilməsinə səbəb oldu.

4. Ebrac El-beyt saat qülləsi - 601 metr

Bu möhtəşəm saat qülləsi Səudiyyə Ərəbistanındakı otel kompleksinin mərkəzi hissəsidir. Onun əsas məqsədi müqəddəs məkanı-cəmi 300 metr məsafədə yerləşən Məkkə Böyük Məscidini ziyarət edən zəvvarlara xidmət göstərməkdir. Təkcə bu deyil, ümumi tikinti dəyəri 15 milyard dollar (11,91 milyard) olan dünyanın ikinci ən bahalı binasıdır.


3. Şanxay Qülləsi - 632 metr

2015-ci ildə tikinti başa çatdıqda Şanxay Qülləsi Çinin ən hündür binası idi. 128 mərtəbəli binanın 84-cü mərtəbəsində ofis otaqları, konsert zalları və hətta üzgüçülük hovuzu var. Şanxay Qülləsi eyni zamanda dünyanın ikinci ən sürətli liftinə malikdir.


2. Merdeka 118 - 679 metr

Merdekanın adı və dizaynı 1957-ci ilin avqustunda Tunku Abdul Rəhman tərəfindən Malayziyanın müstəqillik bəyannaməsindən ilhamlanıb. Mərasim zamanı o, dəfələrlə ingiliscə “müstəqillik” mənasını verən “Merdeka” şüarını səsləndirib. 


1. Bürc Xəlifə- 828 metr

Dubayın vacib hissəsi olan Bürc Xəlifə 2010-cu ildə tamamlandıqda dünyanın ən hündür restoranı və gecə klubu da daxil olmaqla bir çox rekordlar qırdı. 163 mərtəbəli nəhəng binanın 24 min pəncərəsi var.

Mənbə: Habertürk

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et