İnsan bədənində qan dövranı sistemi elə qurulub ki, ürəkdən çıxan qan bütün bədənə yayılır və sonra geri qayıdır. Lakin çox az adam bilir ki, uzun müddət ayaq üstə qaldıqda, ayaqlardakı bəzi damarlar ürək damarları qədər təzyiq altında qala bilir. Bu təzyiq, xüsusilə də damar divarlarının zəiflədiyi hallarda, varikoz kimi damar problemlərinə yol açır. Ayaqlarda qan dövranının çətinləşməsi, həm yorğunluq, həm də şişkinlik hissi yarada bilər.

Həkimlər xüsusilə oturaq həyat tərzi sürənlərə və ya gün ərzində uzun müddət ayaqda qalanlara tez-tez hərəkət etməyi, ara-sıra oturub ayaqları yuxarı qaldırmağı tövsiyə edirlər. Bu vərdişlər, damar içi təzyiqin azaldılmasına və qanın normal axınının təmin olunmasına kömək edir. Əks halda, uzunmüddətli təzyiq damar sistemində ciddi pozuntulara səbəb ola bilər.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
