Bu gün:

Niyə lunatikləri oyandırmaq olmaz?


Lünatizm insanın yuxuda olduğu halda hərəkət etməsi ilə xarakterizə olunan yuxu pozğunluğudur. O gəzmək, qapıları açmaq, paltar geyinmək və hətta danışmaq kimi hərəkətlər edə bilər, amma bu zaman hələ də dərin yuxu fazasındadır. Belə hadisələr adətən gecənin ilk üçdə biri ərzində baş verir, yəni insan hələ də yavaş yuxu fazasındadır.


Həkimlər bildirir ki, lünatiki oyandırmaq onun sağlamlığına birbaşa təhlükə yaratmasa da, qəfil oyandırma narahatlığa və hətta təlaşa səbəb ola bilər. İnsan tez bir zamanda ətrafında nə baş verdiyini anlamır, harada olduğunu və niyə oyandırıldığını bilmir.


Belə vəziyyətlər çox vaxt qorxu və panika ilə müşayiət olunur, bəzən isə aqressiv reaksiya da verilir. Bu, xüsusilə lünatik insan yad, təhlükəli bir yerdə oyanarsa, məsələn, pilləkənlərdə və ya açıq pəncərə yaxınlığında, təhlükəli ola bilər. İnsan yıxıla və ya zədə ala bilər.


Əgər siz lünatiklə qarşılaşırsınızsa:

   

    Onu qəfil qışqıraraq və ya silkələyərək oyandırmağa çalışmayın.

    Sakit və diqqətlə onu geri yatağa yönəldin.

    Ətrafda təhlükəli və ya iti əşyaların olmadığından əmin olun.

    Onunla sakit və yumşaq danışmağa çalışın, təzyiq etməyin.


Həkimə nə zaman müraciət edilməlidir?


Bir dəfəlik lünatizm halları, xüsusən uşaqlarda adətən tibbi müdaxilə tələb etmir. Lakin əgər bu hallar təkrarlanarsa və ya təhlükəli hərəkətlərlə müşayiət olunarsa, həkim ilə məsləhətləşmək vacibdir. Bəzi hallarda lünatizm stres, yuxusuzluq və ya hətta nevroloji problemlərlə əlaqəli ola bilər.


Mənbə: mayoclinic


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et