Bu gün:

İqlim dəyişikliyi düyüdə arsen səviyyəsinə necə təsir edə bilər?


Milyardlarla insanın əsas qidası olan düyü ilə bağlı yeni araşdırma iqlim dəyişikliyinin taxılda arsen səviyyəsini artıra biləcəyini göstərir.

Bu araşdırmanın nəticələri göstərir ki, karbon emissiyaları artdıqca və Yer isindikcə düyüdə arsen miqdarı da artacaq. Düyüdə arsenin olması uzun müddətdir ki,  məlum problemdir.Demək olar ki, bütün düyülərdə arsen var. Bu zərərli, təbii olaraq meydana gələn kimyəvi maddə çəltikli torpaqda toplana və düyü taxıllarına keçə bilər. Bununla belə, düyü taxıllarında olan müxtəlif miqdarlar rəsmi qurumlar tərəfindən müəyyən edilmiş həddlərdən çox aşağı ola bilər və ya dəfələrlə çox ola bilər. Qida və ya içməli su vasitəsilə hətta az miqdarda qeyri-üzvi arseni istehlak etmək xərçəng, ürək-damar xəstəlikləri və diabet kimi bir çox sağlamlıq probleminə səbəb ola bilər. Dünya üzrə tədqiqatçılar düyüdə arsenin miqdarını azaltmağın yolları üzərində işləyirlər. Digər tərəfdən, bu zərərli elementin bir hissəsini məhv edə biləcək yemək üsulları var.


Mənbə:BBC NEWS

Tərcümə etdi:Səmayə Səftərova

Paylaş
Şərh əlavə et