Sirkadiyan ritmi bədənin 24 saatlıq dövr əsasında izlədiyi təbii ritmdir və bədənin daxili saatıdır. Bu ritm bədənə nə vaxt yatmaq, nə vaxt oyanmaq lazım olduğunu bildirir. Həmçinin hormonlar, həzm və bədən temperaturu kimi bir çox digər bədən proseslərini də təsir edir.

Sirkadiyan ritminin vəzifəsi nədir?
Sirkadiyan ritmi bədənin fiziki və zehni sistemlərini 24 saat ərzində ən yaxşı şəkildə işləməsi üçün əlaqələndirir. Beyindəki "suprakiazmatik nüvə" adlı kiçik bir hüceyrə qrupunun daxili saatı, bədənin fəaliyyətlərini tənzimləyir. İşıq bu ritmin tənzimlənməsində mühüm rol oynayır.
Sirkadiyan ritmi uşaqlarda:
Yeni doğulmuş uşaqlar təxminən 3 aylıq olduqda sirkadian ritmi inkişaf etməyə başlayır. Bu dövrdə yuxu nizamı qeyri-adi ola bilər, amma 1-2 yaşından sonra daha müntəzəm yuxu cədvəli qurulmağa başlayır.
Sirkadian ritmi yeniyetmələrdə:
Yeniyetmələrdə yuxu dövrü gecikməsi ola bilər, yəni onlar daha gec yatıb daha gec oyanmağa meyillidirlər. Buna baxmayaraq, yeniyetmələr də 9-10 saat yuxu almalıdırlar.
Sirkadiyan ritmi böyüklərdə:
Böyüklər sağlam vərdişlərlə daha müntəzəm bir sirkadian ritminə sahib ola bilərlər. Məsələn: hər gecə 7-9 saat yuxu alaraq yuxu cədvəlləri sabit saxlaya bilərlər.
Sirkadiyan ritmi pozulduqda nə olur?
Sirkadiyan ritminin pozulması, yuxu çatışmazlığına səbəb ola bilər və bu da qısa və uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər.
Mənbə: Cleveland Clinic
Tərcümə etdi: Arzu Qafarova
