Bu gün:

Rəqəmsal oyun asılılığı: Ekranda itən duyğular


Ümumdünya araşdırmaları rəqəmsal oyun asılılığı ilə aleksitimiya (emosional korluq) arasındakı əlaqəni getdikcə daha çox nümayiş etdirir. Uşaqlar saatlarla ekranda qaldıqları üçün həm öz duyğularını tanımaqda, həm də başqalarının hisslərini anlamaqda ciddi çətinliklərlə üzləşə bilərlər.

Son beş illik məlumatları görə oyun dünyada asılılıq hallarının yüzdə 30 artması ilə diqqət çəkir. Mütəxəssislər uzun müddət ekran qarşısında kilidlənən uşaqların emosional inkişafının pozulduğunu, xüsusilə də emosiyaları tanımaq və ifadə etmək qabiliyyətlərində əhəmiyyətli geriləmə müşahidə olunduğunu bildirirlər. Buna aleksitimiya əlavə olunduqda uşaqlar nə hiss etdiklərini anlamaqda və ətrafdakılara çatdırmaqda çətinlik çəkirlər.

Bəs rəqəmsal oyun asılılığı uşaqları belə dərin emosional çıxılmaz vəziyyətə necə sürükləyir? Valideynlər və pedaqoqlar hansı məqamlara diqqət yetirməlidirlər?

Rəqəmsal oyunlar, xüsusən də mükafata əsaslanan tapşırıqlar zamanı beyindəki mükafat mərkəzi işə düşür. Bu, oyundan alınan həzz və məmnunluğu dəstəkləyir və uşaqlarda daha sıx bir asılılığa səbəb olur.


Duyğularını ifadə etmək qabiliyyəti zəifləmiş uşağın ətrafı ilə əlaqəsi də kəsilə bilər. 

"Aleksitimiya insanın öz emosiyalarını tanımaqda və ifadə etməkdə çətinlik çəkməsidir. Fərdlər öz emosiyalarını çox kobud şəkildə "relyef və diskomfort" kimi sadə sözlərlə təsvir edə bilərlər. Sosial təcrid və ailə təşkilat daxilində ünsiyyətin olmaması vəziyyəti gücləndirir. “Rəqəmsal dünyadan güclü asılılıq duyğuları tanıya bilməmək kimi özünü göstərir.”


Rəqəmsal oyun asılılığı bütün asılılıq növləri kimi fiziki və ruhi sağlamlığa mənfi təsir göstərir. Saatlarla hərəkət etmədən ekran qarşısında qalan uşaqlarda göz yorğunluğu, duruş pozğunluğu, kürək və boyun ağrıları, eləcə də, "Rəqəmsal oyun asılılığı" kimi problemlər yarana bilər.Bu kimi problemlərlə yanaşı, ciddi ünsiyyət problemləri də müşahidə olunur. Erkən yaşda asılılıq yaradan uşaqlar emosiyaları idarə etmək qabiliyyətini itirə bilər”.


Rəqəmsal oyun asılılığının qarşısını almaq üçün texnoloji cihazları tamamilə qadağan etmək əvəzinə, onları müəyyən müddətə məhdudlaşdırmaq və müntəzəm fasilələr vermək lazımdır. Uşaqlarla açıq ünsiyyət qurmaq, sosial qarşılıqlı əlaqəni artıracaq fəaliyyətlər etmək, hətta birlikdə oyun oynamaq da sağlam yanaşma ola bilər".


Mənbə: TRT Haber

Tərcümə etdi: Mina Yadigarlı 



Paylaş
Şərh əlavə et