Bu gün:

"İqlim dəyişikliyi bu xəstəliyin yayılmasında rol oynayır"


24Media.az-ın budəfəki qonağı pediatr-infeksionist Aytən Ziyadovadır. O, Malyariya xəstəliyi ilə bağlı suallarımızı cavablandırıb.
-Malyariya xəstəliyi nədir və əsas simptomları nələdir?

Malyariya Plasmodium parazitinin törətdiyi infeksion xəstəlikidir. Belə ki, bu xəstəlil ağcaqanadlar vasitəsilə yayılır və bəzən ölümcül ola bilir. Bu xəstəliyin əsas simptomları isə tez-tez titrəmə ilə müşayət olunan qızdırma, baş ağrısı, yorğunluq hissi, əzələ, oynaqlar və boğazda ağrı, iştahsızlıq ürəkbulanma və qusamdır.

-Malyariya parazitləri insan orqanizmində necə gizlənir və uzun müddət aktiv olmadan qala bilir?

Malyariya parazitləri, yəni Plasmodium insan orqanizmində qaraciyərdə gizlənərək uzun müddət aktiv olmadan qala bilər. Bu parazitlərin bəzi növləri (məsələn, Plasmodium vivax və Plasmodium ovale) qaraciyər hüceyrələrində qalıb, burada Hipnozoitlər adı verilən passiv formaya keçirlər. Bu Hipnozoitlər bir neçə ay, hətta illər sonra aktivləşərək qan dövranına keçə və xəstəliyin əlamətlərini təkrarlaya bilər. Bunu xüsusilə qeyd etmək istəyirəm ki, Plasmodium vivax və Plasmodium ovale Malyariya formaları təkrarlanan infeksiyalar, yəni relapslar yaratdığı üçün daha təhlükəlidir, çünki parazitlər gizli formada bədəndə uzun müddət qala bilirlər. Bu səbəbdən bu növlərin müalicəsində qaraciyər mərhələsinə təsir edən xüsusi dərmanlardan istifadə olunur.

-Malyariya xəstəliyi iqlim dəyişikliyindən necə təsirlənir ?

Ümumiyyətlə, iqlim dəyişikliyi Malyariya xəstəliyinin yayılmasında əhəmiyyətli, vacib rol oynayır. İqlim şəraitindəki dəyişikliklər, xüsüsilə də istilik və rütubətlilik səviyyələri, anofeles komarlarının çoxalmasını və Plasmadium parazitlərinin inkişafını dəstəkləyir. Qlobal istiləşmə, həmçinin bu komarların daha geniş ərazilərdə mövcud olmasına və daha tez bir zamanda infeksiyanın yayılmasına səbəb ola bilər. Bu səbəbdən iqlim dəyişikliyi, Malyariya xəstəliyinin riskini artıraraq daha çox bölgəni, ərazini təsiri altına ala bilər.


Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et