Bu gün:

Kofein faydalıdır, yoxsa zərərli?


”Kofeinin gün ərzində tez – tez istifadə edilən çay, qəhvə və turş içkilərdə olduğunu da xatırlamaq vacibdir”. 

Həkim Uludüz bədənə enerji verən kofeinin müsbət və mənfi təsirlərini izah edib. 

Mütəxəssislərin fikrincə, kofein, ümumiyyətlə, enerjili olmaq üçün üstünlük verilsə də, çox miqdarda istifadəsi sağlamlığa zərərlidir. Bəs çay və qəhvədən başqa kofeini nədən alırıq? Gündə nə qədər qəbul etməliyik? Kofeindən asılı olduğumuzu necə bilə bilərik? Nevrologiya professoru Dərya Uludüz bu sualları cavablayıb.

Azı qərar, çoxu zərərdir

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, kofeindən bəhs edərkən ağla gələn ilk içki olan qəhvə sağlamlığa faydalıdır. Bununla birlikdə, qəhvədəki kofein müəyyən dozalarda qəbul edildikdə bədənimizə həm zərər, həm də fayda verə bilər. Gündə 300 mq-dan az kofein qəbul etsəniz, bu doza bədəninizə faydalı olacaqdır. Ürək-damar xəstəliklərində profilaktik təsir göstərəcək, baş ağrısını yüngülləşdirəcək, diqqəti artıracaq, yorğunluğu azaldacaq və mədəni rahatlaşdıracaq. Ancaq gün ərzində nə qədər çox qəhvə içsəniz, bədəniniz daha çox ağrımağa başlayır. Kafein beyin damarlarını daraldır. Bədən gündəlik kofeinə məruz qaldığı halda birdən qəbul etməyi dayandırırsa, qan damarları sürətlə genişlənir və beyinə qan axını artır. Bu sıx qan axını baş və boyun ağrısına səbəb ola bilər. Sidikdə mineral kalsiumun itkisi sidikqovucu təsir səbəbindən artır. Bu vəziyyət sümükləri də zəiflədib qan təzyiqini artırır.

Baş ağrısına necə təsir edir?

Qan damarları, ümumiyyətlə, baş ağrısı başlamazdan əvvəl genişlənir. Kofein isə bu anda işə düşür və vazokonstriktor təsir göstərir. Beləliklə, baş ağrısının qarşısını alaraq sıx qan axınını yavaşladır. Əslində, araşdırsanız, bir çox başağrısı üçün olan dərmanlarda kofein olduğunu görəcəksiniz. Beləliklə, gündəlik qəbul etdiyiniz kofeinin miqdarını azaltsanız və həftədə bir neçə dəfə qəhvə içsəniz, bu vəziyyət sizə müsbət təsir göstərəcək. Gündəlik 300 mq dozanı aşsanız kofein asılılığı riski ilə qarşılaşa bilərsiniz və bu vəziyyət baş ağrısına səbəb ola bilər. Türk qəhvəsini sevirsinizsə, gündə ən çox 2 stəkan istifadə etməlisiniz. Dərhal hazırlanan “üçü- birində” qəhvə üçün bu miqdar maksimum 4 fincandır. Gündə 6 fincandan çox olmayaraq çay  istifadə  edə bilərsiniz. Bu arada, kofeinin yalnız qəhvə, çay, turş içkilər və enerji içkilərində deyil, şokolad, dondurma, soda, alkoqol və hətta ağrı kəsicilərdə də olduğunu  unutmayın.

Stimullaşdırıcı təsir göstərmir

Kofeindən asılı olub olmadığınızı müəyyən etmək çətin deyil. Ümumiyyətlə, tövsiyə olunan gündəlik kofein miqdarı 300 mq-dan çox olmamalıdır. Gündə 300 mq həddindən artıq dozada qəhvədə olan kofein sinir sistemini stimullaşdıra və asılılıq yarada bilər. Bildiyimizin əksinə olaraq, kofein müəyyən bir dozadan çox istifadə edildikdə insana stimullaşdırıcı təsir göstərmir. Bu, beyin impulslarının yavaşlamasına və başgicəllənməsinə səbəb olur. Bu daha çox kofein üçün istəməyə səbəb olur. 

Bunlardan çəkinin

Kofein asılılığının simptomları aşağıdakı kimi sadalana bilər:

•Baş ağrısı 

•Yorğunluq

·         •Zəiflik

·        •Yuxusuzluq 

·        •Başgicəllənmə hissi və tez-tez əsnəmək

·       •  Konsentrasiya,  motivasiya və diqqətin olmaması

Kofein asılılığınn nəticəsi olan baş ağrılarına enerji azaldılması və fokuslanma problemi əlavə etdikdə, günü qəhvə içmədən bitirmək mümkün olmaya bilər. Beləliklə, qəhvənizi həddindən artıq azaltmaq istəyirsinizsə, qəfil şok effekti yaratmadan və ya özünüzə birbaşa qadağan etmədən, tədricən etməlisiniz. Əvvəlcə özünüzə kofeinsiz başqa bir sevimli içki tapın. Məsələn, bol su içmək. Gün ərzində daha az karbohidrat istifadə etsəniz, daha az kofeinli içkilərə ehtiyacınız olacaq.

Mənbə: Sözcü

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et