Bu gün:

"Qırmızı səpkilər suçiçəyi xəstəliyi ilə qarışdırıla bilir, amma..."


24Media.az-ın budəfəki qonağı pediatr Günay Rəsulovadır. O, "Koksaki" virusuna aid suallarımızı cavablandırıb.

-"Koksaki" virusu nədir və hansı xəstəliklərə səbəb olur?

"Koksaki" virusu entereviruslar ailəsinə aid olan bir virusdur. Uşaqlarda ən çox əl, ayaq, ağız xəstəliyi törədicilərinə aiddir. Bu xəstəlik uşaqlar arasında geniş yayılmış bir xəstəlikdir və müxtəlif klinik əlamətlərlə də özünü göstərə bilir. Bu virusa yoluxma sayı, əsasən, yaz və payız fəsillərində artır. 

"Koksaki" virusunun səbəb olacağı bir neçə xəstəliklərdə var. Bunlara nümunə olaraq bir neçə xəstəliyin adını çəkə bilərik. "Herpangina", yəni boğazda ağrılı yaralar və yüksək hərarətin olması, "Miokardit" və "Perikardit", yəni ürək əzələsinin və ya qişasını iltihabı.

-"Koksaki" virusunun simptomları hansılardır?

Bu virusun simptomları kimi əldə, ağızda və ayaqda olan səpkiləri göstərə bilərik. Ayağın altında, ağızda və ağızın ətrafında, ayaqda xüsusilə də diz ətraflarında, qollarda suluqlu qırmızı səpkilər məhz bu xəstəliyin göstəricisidir. Ümumiyyətlə, bu virus qırmızı səpkilərlə gedən virusdur, yəni əsas göstəricisi məhz qırmızı, suluqlu ləkələrdir. Bu qırmızı səpkilər bəzən suçiçəyi xəstəliyi ilə qarışdırıla bilir, amma suçiçəyindən fərqli olaraq "Koksaki" virusunda konkret, yəni ancaq bəzi bölgələrdə olur, suçiçəyi isə bədənin istənilən nahiyəsində ola bilər.

-Bu virusdan qorunmaq və müalicə olunmaq üçün hansı tədbirlər görülməlidir?

Ümumiyyətlə, "Koksaki" virusu hava damcı yolu ilə keçir, yoluxur. Bu virus xüsusilə uşaqlar kollektiv halında olarkən hava vasitəsi ilə yoluxur. Bu səbəbə görə də çalışdığımız qədər uşaqları kollektiv olan yerlərə aparmamalıyıq. 

Virusa yoluxan uşağın bu virusdan tamamilə  yaxa qurtarması üçün həyata keçiriləcək bir müalicə yoxdur. Sadəcə bu virusun simptomlarını, məsələn qızdırmanı, səpkiləri müəyyən qədər azaltmaq üçün müalicələr mövcuddur.


Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et