Bu gün:

İnsan orqanizmi ağrılara nə qədər dözə bilər?


İnsan orqanizminin ağrıya dözümlülüyü hələ də elmin araşdırdığı mövzulardan biridir. Zədələnmə anında beyin dərhal reaksiya verir, lakin ağrı təkcə fiziki deyil, həm də psixoloji xarakter daşıyır. Hər kəsin ağrını fərqli hiss etməsi onun ölçülməsini çətinləşdirir. 1930-cu illərdə Kornel Universitetində aparılan təcrübələrdə alın nahiyəsinə isti metal toxundurulmaqla ağrı “dol” adlı vahidlərlə ölçülməyə çalışılsa da, bu üsul geniş tətbiq olunmayıb.

Ağrı həddi- stimulyasiyanın ağrı kimi qəbul edildiyi nöqtədir. Ağrıya dözümlülük isə insanın nə qədər ağrını daşıya biləcəyini göstərir. Elmi baxımdan bud sümüyünün sınığı, doğuş sancısı və testis travması ən şiddətli fiziki ağrılar sayılır. Lakin emosional ağrılar- itki, tərk edilmə, rədd olunma hissi də beyində fiziki ağrı mərkəzlərini aktivləşdirə bilir.

Ağrıya dözümlülük yalnız genetik deyil, həyat tərzindən də asılıdır. Müharibə dövründə yaralanan əsgərlərin mülki şəxslərə nisbətən daha az ağrı hiss etməsi, idmançılar və rəqqasların isə yüksək dözümlülüyə sahib olması bunu sübut edir. Bəzən beyin ağrını inkar etdikdə insan onu həqiqətən də hiss etməyə bilər - bu isə plasebo effektidir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et