Bu gün:

"Otur-qalx" testinin sağlamlığımıza təsiri var?


Kreslodan qalxmaq mənasız bir hərəkət kimi görünsə də, bunu edə bilməniz sağlamlığınız haqqında çox şey deyir. 

Bunu qiymətləndirmək üçün həkimlər “otur-qalx" testindən istifadə edirlər. Bu test 30 saniyə ərzində oturma mövqeyindən neçə dəfə ayağa qalxa biləcəyinizi ölçür. Adətən ailə həkimləri tərəfindən sağlamlıq problemlərini qiymətləndirmək üçün edilir. Guy's and St Thomas' NHS Trust-da baş mütəxəssis və London Kral Kollecində geriatriya professoru olan Jugdeep Dhesi deyib:

"Bu, həqiqətən faydalı bir testdir, çünki insanların nə qədər yaxşı işlədiyi barədə çoxlu məlumat verir. Bu bizə onların əzələ gücü, tarazlığı və elastikliyi haqqında məlumat verir. Və bəzi araşdırmalar göstərib ki, bu insanların yıxılma, ürək-damar problemləri və hətta ölüm riski olub-olmadığını qiymətləndirməyə kömək edə bilər."

Mənbə: BBC NEWS 

 Tərcümə etdi: Səftərova Səmayə

Paylaş
Şərh əlavə et