Bu gün:

İnternet niyə hər bir simptomu ölümcül xəstəliklə əlaqələndirir?


Çünki bu sistemlər tibb fakültəsinin ikinci kurs tələbələri kimidir; çox məlumatları var, amma hansı simptomlara nə qədər rast gəlindiyi barədə kifayət qədər anlayışları yoxdur. Baş ağrısı, ürəkbulanma və ya başgicəllənmə kimi əlamətlər gündəlik həyatda tez-tez rast gəlinən hallar olsa da, bu sistemlər onları dərhal beyin qanaması, infarkt və ya şiş kimi ağır xəstəliklərlə əlaqələndirir.

Bunun əsas səbəbi isə riskə girməmək istəyidir. Yəni bir əlamət çox nadir rast gəlinən bir xəstəliyin də göstəricisi ola bilər, sistem isə bu riski gözardı etməmək üçün avtomatik olaraq ən pis ehtimalı ön plana çıxarır. Bir sözlə, azacıq qarın ağrınız varsa belə, alqoritm sizi “apandisit ola bilər, amma kolon xərçəngi də ola bilər” səviyyəsinə gətirib çıxarır.

Əsl həkim isə xəstəni tanımadan heç bir simptomu təkbaşına qiymətləndirməz. Yaş, əvvəlki xəstəliklər, əlamətlərin təfərrüatları kimi bir çox amil düzgün diaqnoz üçün əsas rol oynayır. Amma internetdəki simptom yoxlayıcılar bu detalları ya ümumiyyətlə soruşmur, ya da səthi keçir.

Mənbə: Onedio

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et