Əgər soyuqdəyməyə tutulduğunuzda ilk reaksiya olaraq "kimsə məni xəstələndirdi" deyirsinizsə, tək deyilsiniz. Çünki bu fikir, demək olar ki, son yüz ildə alimlər üçün də ən dəqiq və məlum olan məlumatdır.
Bəli, artıq bilirik ki, soyuqdəymənin səbəbi pis hava deyil, viruslardır. Lakin hansı virusların və ya neçə virusun buna səbəb olduğu hələ də aydın deyil. Buna görə də, 1925-ci ildə verilən ictimai sağlamlıq tövsiyələri ilə 2025-ci ilin tövsiyələri demək olar ki, eynidir: təmasdan qaçın, yaxşıca istirahət edin və immun sisteminizi güclü saxlayın.
Elm bir çox digər xəstəlikləri həll etdiyi halda, soyuqdəymə niyə hələ də həll olunmayıb?
Robert Koch 1800-cü illərin sonunda mikrobları kəşf etdikdən sonra, vərəm və tetanos kimi bir çox xəstəliyin səbəbləri açıqlanmış oldu. Ardınca, Louis Pasteur quduzluq peyvəndini hazırlayaraq, "mikrob nəzəriyyəsi"nin inkişafına önəmli bir töhfə verdi.
Lakin soyuqdəymə, bu elmi irəliləyişlərin xaricində qaldı. 1925-ci ildə belə, insanlar soyuqdəymənin səbəbinin pis hava və ya islanmış ayaqlar olduğunu düşünürdü. Həmin dövrdə soyuqdəymənin səbəbi hələ məlum deyildi; yalnız bu xəstəliyin çox yoluxucu olduğu bilinir və yeganə tədbir olaraq xəstələrdən uzaq durmaq tövsiyə edilirdi.
1950-ci illərdə soyuqdəymə ilə bağlı araşdırmalar artdı. Poliomielit peyvəndinin uğurundan sonra alimlər bu xəstəliyə yönəldilər. 1953-cü ildə adenovirus, 1956-cı ildə isə rinovirus kəşf edildi. Lakin soyuqdəyməyə tək bir virus səbəb olmurdu; yüzlərlə fərqli virus oxşar simptomlara yol açırdı.
Bugün rinoviruslar soyuqdəymə hallarının 30%-50%-ni, koronaviruslar isə 10%-15%-ni təşkil edir. Qalan hallara RSV və parainfluenza kimi viruslar səbəb olur. Buna görə də tək bir peyvənd hazırlamaq demək olar ki, mümkün deyil, çünki hər bir peyvənd yüzlərlə fərqli variantı əhatə etməlidir.
Bir əsr ərzində çox şey dəyişdi, amma bəzi məsələlər hələ də eyni qalır. Mərkəzləşdirilmiş havalandırma sistemləri, hava təmizləyiciləri və gigiyenik qapalı məkanlar sayəsində yoluxma riski azaldı. Lakin fəsil dəyişiklikləri, məktəblərin açılması və Yeni il kimi iç məkan toplaşmaları hələ də xəstəliyin pik etdiyi dövrlər olaraq qalır.
1925-ci ildə tövsiyə olunan isti vanna, meyvə-tərəvəz əsaslı qidalanma və bol istirahət kimi məsləhətlər bu gün də keçərliliyini qoruyur. Əlbəttə, bu gün ağrıkəsicilər və burun spreyləri kimi dəstəkləyici həllərimiz olsa da, soyuqdəymənin müddəti hələ də eynidir.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
