Bu gün:

Bahar mövsümündə bədənin hormonal balansında dəyişikliklər baş verir


24Media.az-ın budəfəki müsahibi psixoloq Aynur İsmayılovadır. O, mövsümi dəyişikliklər, xüsusən də bahar fəslində yaranan yuxusuzluq haqqında danışıb.

-Mövsümi dəyişikliklər, xüsusən də, bahar fəslində yaranan yuxu problemlərinə səbəb nədir? 

Mövsümi dəyişikliklər insanlarda müxtəlif fiziki və psixoloji təsirlər yaradır. Fəsil dəyişkənliyi zamanı, xüsusən də payızdan qışa, qışdan isə yaza keçid dövründə bədənin müxtəlif resurslara ehtiyacı artır. Bu dövrdə bədən xüsusilə D vitamini və B qrup vitaminlərinin çatışmazlığından əziyyət çəkməyə başlayır.

Bahar mövsümündə isə bədənin hormonal balansında dəyişikliklər baş verir[spoiler][/spoiler]. Bu hormonal disbalans yuxu sisteminə də təsir edə bilər. Yuxu pozğunluqları yaz aylarında xüsusilə stres və depressiya kimi psixoloji vəziyyətlərin artması nəticəsində daha da güclənə bilər. Bu, həm nevroloji, həm də psixoloji bir vəziyyət olaraq insanları təsir edir.

Ən çox yuxusuzluqdan əziyyət çəkənlər isə, adətən, insanlarla az təmasda olan və daha çox depressiyaya meyilli şəxslərdir. Həmçinin, sosial izolyasiya və emosional vəziyyətlər bu prosesi daha da ağırlaşdırır. Bu disbalansı düzəltmək və sağlam yuxu nizamını bərpa etmək üçün vaxtında mütəxəssislərə müraciət etmək çox önəmlidir. Yuxu problemi olan insanlar həyat tərzini dəyişdirməli xüsusilə fiziki fəaliyyətə daha çox yer verməlidirlər. Məsələn, yuxudan əvvəl mütləq şəkildə yürüş və ya qısa bir gəzinti etmək bədənin rahatlamasına və yuxu sisteminin fəaliyyətə qayıtmasına kömək edər. Gündəlik fiziki fəaliyyətin artırılması hormonal balansın tənzimlənməsinə və ümumi psixoloji vəziyyətin yaxşılaşmasına müsbət təsir göstərir.

Çinarə Tarverdiyeva 

Paylaş
Şərh əlavə et