Bu gün:

Vitaminlər niyə A, B, C kimi hərflərlə adlandırılır?


Vitaminlərin adlarını məktəbdə öyrənir, reklamlarında eşidirik, amma həyatımızda olan bu hərflər sadəcə sıralanıb kimi görünsə də, əslində hər biri elmi bir hekayənin parçasıdır. Başlanğıcda insanların qidalanma ilə bağlı bildiyi tək şey protein, karbohidrat və yağ idi. 

Dənizçilərdə rastlanan iskorbüt Asiyadakı əsgərlərdə baş verən beriberi kimi xəstəliklərin qidalanma ilə əlaqəli ola biləcəyi düşünülüb, amma bu fikir zamanla formalaşıb. 

Vitaminlərin kəşfi əslində aclıq çəkən toyuqlarla başlayıb. Beriberi xəstəliyini araşdıran hollandiyalı həkim Christiaan Eijkman ağ düyü ilə qidalanan toyuqların xəstələndiyini, lakin qəhvəyi, yəni kəpəkli düyü ilə qidalananların isə sağlam qaldığını müşahidə edib. Eynilə, Yaponiya dənizçiləri də yalnız ağ düyü ilə qidalandıqlarında oxşar əlamətlər göstəriblər.

Eijkmanın inancları bizi düzgün qidalanmamanın xəstəliklərə səbəb ola biləcəyini düşündürüb. Bu fikir polyak kimyaçı Casimir Funk tərəfindən dəstəklənib və 1912-ci ildə “vitamin” termini ortaya atılıb. Funk həyat üçün vacib mənasını verən “vital” sözünü və azot tərkibli maddələri müəyyən edən“amine” sözünü birləşdirərək bu anlayışı elmi ədəbiyyata daxil edib.

Vitaminlərin adlandırılması, əslində, elmi bir sadələşdirmə ehtiyacından meydana gəlib. Amerikalı alim Elmer McCollum 1913-cü ildə süd yağında böyümə təmin edən bir maddə tapıb və buna “yağda həll olunan faktor A” adını verib. Ardınca su ilə həll oluna bilən başqa bir maddəyə isə “faktor B” adı verilib.

Sonradan bu maddələrin vitaminlər olduğu başa düşüldükdə, adları A və B vitamini olaraq sadələşdirilib. 1920-ci ildə İngilis biokimyacı Jack Drummond bütün bu qarışıq adlandırmaları qaydaya salmaq üçün hərf sistemini təklif edib və vitaminlərin əlifba sırasına görə adlandırılması qəbul olunub. Lakin bu sıralama hər zaman qorunmayıb.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et