Bu ay İngiltərə hökuməti kişilərin sağlamlığı məsələsi ilə bağlı ictimai məsləhətləşməyə başlayacaq. Mütəxəssislər bildirirlər ki, kişilərin vaxtından əvvəl dünyasını dəyişmə riski qadınlarla müqayisədə daha yüksəkdir və bu istiqamətdə addımların atılması çox gecikib. Bəs kişilərin sağlamlığı niyə bu qədər pis vəziyyətdədir və bu problemi necə həll etmək olar?

Bradford şəhərindəki gənclər mərkəzində kişilər üçün sağlamlıq klinikasını idarə edən Endryu Harrison maraqlı bir hadisə ilə qarşılaşıb. O, qapının döyüldüyünü eşidib və qapıya tərəf yönəlib, lakin heç kimi görməyib. Ardınca adının çağırıldığını eşidib və ətrafa baxarkən bir gəncin pəncərədən prezervativ istədiyini görüb.
“Mən birinci mərtəbədə idim",- deyə o, bir neçə il əvvəl baş vermiş bu hadisəni xatırlayır. “Oğlan qəbulda qeydiyyatdan keçib soruşmaq istəmədiyi üçün binanın kənarındakı dam borusunu yuxarı dırmaşıb".
Bu kiçik hadisə kişilərin sağlamlıqla bağlı yaşadığı əsas problemləri – riskli davranışları və tibbi yardım almaqda inam və bacarıq çatışmazlığını aydın şəkildə əks etdirir.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
