Bu gün:

Vitamin D əlavələri depressiyadan qurtulmağa kömək edə bilər?


Elm adamları apardıqları araşdırmalarda D vitamininin sinir sisteminə tənzimləyici təsir göstərdiyini və D vitamini əlavələri ilə depressiyanın aradan qaldırıla biləcəyini aşkar ediblər.

Bəzi insanlarda müxtəlif vitamin çatışmazlıqları müşahidə olunur və biz bunları əlavə həblərlə aradan qaldırmağa çalışırıq. Bu vitaminlərdən, bəlkə də, ən çox yayılanı D vitaminidir. O, immunitet sistemini gücləndirir və xərçəng, ürək-damar, sümük xəstəlikləri, diabet, həmçinin osteoporozdan qoruyur.

Elm adamları yeni araşdırmalara görə, D vitamininin depressiya prosesini asanlaşdıra biləcəyini düşünürlər.

Depressiya əlamətlərini dərmanla müalicə etmək çətindir. Mövcud antidepresanların terapevtik təsiri çox vaxt depressiyanın effektiv müalicəsi üçün kifayət etmir. Buna görə də elm adamları pəhriz vərdişləri vasitəsilə depressiya əlamətlərini yüngülləşdirməyin başqa yollarını axtarmağa başlayıblar.


Alimlər araşdırmalarında D vitamininin mərkəzi sinir sisteminin funksiyalarını tənzimləyə biləcəyini aşkar ediblər. Əslində, təcrübələr D vitamini çatışmazlığı ilə depressiv simptomlar arasında əlaqəni müşahidə edib. Dünyanın hər yerindən 41 müxtəlif tədqiqat bu suala cavab tapmağa çalışıb: "Vitamin D əlavəsi effektidirmi və həqiqətən sinir sistemini sakitləşdirə bilərmi?"


Təcrübənin nəticələri göstərib ki, D vitamini əlavəsi, əslində, depressiyadan əziyyət çəkən insanlarda depressiya əlamətlərini yüngülləşdirir.


Mənbə: webtekno.com

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et