24Media.az-ın budəfəki müsahibi həkim Şahvələd Məmmədovdur. O, fast food yeməklərinin insan orqanizminə təsirlərindən danışıb.
-Sizcə, fast food yeməklərinin insan orqanizminə hansı mənfi təsirləri var?

Demək olar ki, son illərin problemlərindən biri də fast food yeməkləri və onların insan orqanizminə mənfi təsirləridir. Fast food yeməkləri və tərkibindəki konservantlar, həmçinin kimyəvi maddələr maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu, xüsusən gənclərdə piylənmə, insulin dirənci və digər sağlamlıq problemlərinin yaranmasına səbəb olur.
Bildiyimiz kimi, fast food qidalarını daha çox uşaqlar sevirlər. Ənənəvi bişirmə üsulları ilə hazırlanan qızardılmış yeməklər, xüsusilə mədə-bağırsaq problemlərinə yol açır və uşaqlarda bağırsaqların mikroflorasını pozur. Həmçinin fast food qidaları mikroelementlərlə zəngin olmadığından, uşaqların inkişafına mənfi şəkildə təsir edir və bu da bir çox sağlamlıq problemlərinə səbəb olur. Fast food yeməklərinə meyilli uşaqlarda piylənmə, hormonal balans pozğunluqları və hətta oğlanlarda ginekmostiya kimi ciddi vəziyyətlər meydana çıxa bilər.
Çinarə Tarverdiyeva
