Bu gün:

Yüksək emosional intellektə malik insanların xüsusiyyətləri


Bu gün emosional zəka çox vaxt insanın yüksək emosional şüuruna aid edilir. Lakin, əsas etibarilə,  emosional zəka üç əsas bacarığı əhatə edən zehni gücdür:

Duyğuları hiss etmək: Həm öz duyğularını, həm də başqalarının duyğularını anlamaq bacarığı

Duyğuları qarışdırmaq: Gündəlik həyatda edilməli olanları yerinə yetirmək üçün duyğuların gücündən istifadə etmək

Duyğuları idarə etmək: Özünə qulluq etmək və başqalarının emosiyalarını sakitləşdirmək, sevindirmək və s. kimi sadə hərəkətlərlə idarə etməyə kömək etmək bacarığı

Emosional zəka həyatımıza emosional şüurdan çox təsir edir. Onun ünsiyyətdə xüsusi rolu var.

“Emosional qabiliyyətlərinizdən istifadə edə bilmirsinizsə, özünüzü dərk edə bilmirsinizsə, narahat hissləri idarə edə bilmirsinizsə, empatiya və təsirli münasibətlər qura bilmirsinizsə, nə qədər ağıllı olmağınızdan asılı olmayaraq, çox uzağa getməyəcəksiniz",-deyə Daniel Qoleman bildirib 

Emosional zəkanızı təkmilləşdirməklə şəxsi uğurunuzu artırmaq üçün hamımıza nümunə olan yüksək emosional intellektə malik insanların xüsusiyyətlərinə nəzər salmaq faydalıdır:

1) Özlərindədən xəbərdardırlar

Yüksək emosional intellektə malik insanların ən mühüm xüsusiyyəti onların özünü dərk etməsidir. Özlərini tanıdıqları üçün problemləri daha tez həll edirlər. Bu şəkildə mövcud problemləri böyümədən həll edir və müdaxilə oluna bilməyəcək bir nöqtəyə çatırlar. Bu bütün həyatımızı böyük mənada dəyişdirə biləcək bir şeydir.

2) Başqalarının hisslərindən xəbərdardırlar

Emosional intellektli insanlar birlikdə olduqları insanların hisslərindən də xəbərdardırlar. Başqalarının hisslərini başa düşməyin çox faydası var. Birlikdə işlədiyiniz komanda üzvünün pis emosional vəziyyətdə olduğunu başa düşmək onları motivasiya edə və qısa müddətdə qaldığınız yerdən davam etməyə imkan verər, vəziyyəti problemə çevrilməzdən əvvəl həll etməyə də kömək olar.

3) Onlar yaxşı dinləyicilərdir

Effektiv ünsiyyətin əsası dinləməkdir. Emosional zəkaya malik insanlar bunu çox yaxşı bacarırlar. Beləliklə, onların ünsiyyəti çox sağlam olur. Bu yolla hər zaman təsirli əlaqələr qurmağı bacarırlar. Bu gün dinləmənin vacibliyini dərk edənlərin sayı xeyli azalıb. Əksəriyyət dinləmək istədiklərindən daha çox dinlənilmək istəyir. Bu, zəif və uğursuz münasibətlərə gətirib çıxarır.

4) Ətrafdakılara qarşı həssasdırlar

Başqalarının hisslərindən xəbərdar olmaqdan başqa, ətraf mühit şüuru ilə daxil olduqları qrupların əhval-ruhiyyəsini və enerji səviyyələrini tutmaq qabiliyyətinə malikdirlər. Bu, emosional intellektli insanları böyük lider edən bir sıra xüsusiyyətlərdən biridir. Onlar komandalarının enerjisindən istifadə edib düzgün istiqamətə yönəldə, həmçinin əhval-ruhiyyənin aşağı olduğu zaman həvəsləndirib motivasiya verə bilərlər.

5) Yüksək inkişaf etmiş empatiya bacarıqları

Empatiya başqaları ilə effektiv ünsiyyət qurmaq və digər insanın hisslərini başa düşmək özünü onların yerinə qoymaq bacarığıdır. Empati quraraq, yalnız qarşıdakı insana kömək etməyəcəksiniz, həm də həyatınızı çox daha xoşbəxt və uğurlu bir insan olaraq davam etdirəcəksiniz. Unutmayın ki, hər kəsin emosional zəkası var. Onu təkmilləşdirmək sizin əlinizdədir.

6) Onlar təzyiqə dözə bilirlər

Özündən xəbərdar olan bu insanlar lazım olanda özlərinə nə qədər vaxt ayırmalı olduqlarını bilirlər və özlərini dinləmək üçün lazım olan vaxtı yaradırlar. Bu, onların stressi minimuma endirmələrini və hətta təzyiq altında olsalar belə, etmələri lazım olan işlərə diqqət etmələrini asanlaşdırır. Günümüzün getdikcə stresli və yüksək təzyiqli dünyasında özünə qulluq və diqqətli olmaq həmişəkindən daha vacibdir. Emosional zəkalı insanlar bu təzyiqi sağlam və məhsuldar şəkildə idarə etməyə hazırdırlar.

Mənbə: Ceotudent

 Tərcümə etdi: Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et