Bu gün:

B12 çatışmazlığı bədənə nə kimi zərər verə bilər?


Kobalamin kimi də tanınan B12 vitamini qırmızı qan hüceyrələrinin və sümük iliyinin istehsalında mühüm rol oynayır. Eyni zamanda, enerji səviyyəsini artırır, konsentrasiyanı yaxşılaşdırır və bədənin stresə qarşı müqavimətini gücləndirir. B12 çatışmazlığı isə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Bu vəziyyət ya kifayət qədər B12 qəbul edilmədikdə, ya da orqanizm onu düzgün şəkildə mənimsəmədikdə yaranır.

B12 çatışmazlığının ən çox rast gəlinən təsirlərindən biri təhlükəli anemiya adlanan xüsusi bir anemiya növüdür. Bundan əlavə, sinir sistemi pozğunluqları, yorğunluq, yaddaş zəifliyi, əzələ zəifliyi və hətta depressiya kimi problemlər də meydana çıxa bilər.

Mənbə: NTV
Tərcümə etdi: Əlisahib İbrahimli

Paylaş
Şərh əlavə et