Bu gün:

Qızılca təhlükəsi


Qızılca yalnız bir təyyarə uçuşu məsafəsindədir: Epidemiyanın artması ilə mütəxəssislər qlobal sağlamlıq fondlarının kəsilməsinə qarşı xəbərdarlıq edirlər.

Xaricə səfərdən qayıdan bir körpə Houson şəhərində qızılca ilə xəstəxanaya yerləşdirilib, Vermontda bir uşaq da xarici səfərdən sonra qızılca ilə xəstələnib. Michigan ştatında isə bir yetkin yoluxub.

ABŞ-də qızılca 2000-ci ildə yox edilsə də, dünyada hələ də yayılmağa davam edir. ABŞ-də vaksinasiya səviyyələrinin aşağı düşməsi ilə, idxal olunan qızılca hallarının nəticələri daha ciddi ola bilər. Mütəxəssislər hər bir idxal olunan halın cəmiyyətlərdə böyük yayılma riskini artırdığını bildirirlər.

Qızılca halları dünya miqyasında artmaqdadır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2023-cü ildə 57 ölkədə böyük epidemiyalar yaşanıb və bu, əvvəlki ildən daha çoxdur. Artım vaksinasiya səviyyələrinin aşağı düşməsi ilə əlaqədardır, xüsusilə münaqişə zonalarında və resursları məhdud olan ölkələrdə vəziyyət daha ağırdır.

ABŞ-də qızılcanın təsirini azaltmaq üçün qlobal səviyyədə nəzarət vacibdir, lakin son dövrlərdə qlobal sağlamlıq fondlarının kəsilməsi bu mübarizəni daha da çətinləşdirə bilər. Dünya Səhiyyə Təşkilatının laboratoriyalar şəbəkəsi bağlanmaq təhlükəsi ilə üzləşir. Mütəxəssislər qızılca nəzarətinin zəifləməsinin epidemiyaların artmasına və ABŞ-də qızılcanın geri dönməsinə səbəb olacağını bildirirlər.

Mənbə: CNN 

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et